İslami velosiped istehsal oluna bilər

İslami velosiped istehsal oluna bilər
10 sentyabr 2012
# 11:34
Beynəlxalq Texniki İqtisadiyyat və Sosial Araşdırmalar Dərnəyi (BTİSAD) tərəfindən təşkil olunan “Texnologiya, Mədəniyyət və Dəyərlər – II” adlı tədbirdə “İslami Velosiped” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Ulduz Texniki Universiteti Sosial Elmlər Bölümünün müdiri professor Alparslan Açıqgənc hər texnologiyanın, mənsub olduğu mədəniyyətin dəyərlərini daşıdığını bildirib: “Baxış bucağı əsasdır. İslami velosiped istehsal oluna bilər. İslam dinində əməllər niyyətə görədir. Allahın rizası üçün hazırlanan velosiped islami velosipeddir. İslami velosiped məhz budur ”.

Qaziantep Universiteti Ünsiyyət fakültəsi dekanı professor Türkay Dərəli isə bildirib ki, rəngi insan sağlığına zərərli olan velosiped islami ola bilməz.

Ulduz Texniki Universiteti Sosial elmlər fakültəsinin dekanı, professor Bədri Gəncər isə islami istehsalın lazımlığından danışıb: ““Əyləşdik əlamətə, gedirik qiyamətə” sözləriylə desək insan texnologiyanın əsarəti altındadır. Texnologiya insanın quruluşunu, xilqətini dəyişdirməyə başlayıb. İnsanın quruluşunu dəyişdirən texnologiya və onun məhsulları islami ola bilməz. Məsələn, neylon xalçalar, xüsusilə uşaqlara mənfi təsir edir, onları xəstələndirir. Yaş artdıqca bu daimi xəstəliyə çevrilir”.

Maltəpə Universiteti İqtisadiyyat və İdarəçilik fakültəsinin dekanı, professor Nazif Gürdoğan da deyib ki, islam həm dünya həm də axirət qazancıdır və bu baxımdan hər iki dünyada qazanmaq barədə düşünmək lazımdır: “İnsanın daxili dünyasını zənginləşdirmədən zahiri dünyasını zənginləşdirmək mümkün deyil. Memar Sinan kimi inşa edib, Yunus Əmrə kimi sadə yaşayarıq. Kasıblar kimi yaşamaq ləyaqətdir, ancaq kasıblıq ləyaqət deyil. İstehsalda dünya ilə yarışmalı, istehlakda isə əksini etməliyik”.

Qida Hərakatı Dərnəyinin rəhbəri Kamal Özər deyib ki, genetik modifikasiyalı məhsullar sonsuzluq yaradır. Araşdırmalara görə, 2050-ci ilə qədər hər 100 nəfərdən 95-i normal üsullarla hamilə qala bilməyəcək. Türkiyədə insanların 35 faizinin sonsuzluqla bağlı müalicə olunması da bununla bağlıdır.

Tədbirdə iştirak edən mütəxəssislər texnologiyanın islami ola bilməsi üçün müəyyən təkliflər səsləndirib.

Professor Hüseyn Çırpan isə deyib ki, texnologiyanın vətəni yoxdur: “İstehsalın da mədəniyyətdən asılı olduğunu düşünmürəm. İxtiraların nəyə xidmət etdiyi önəmlidir”.

Fərid
# 2271 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər