Motsartın ölüm səbəbi məlum oldu

Motsartın ölüm səbəbi məlum oldu
25 iyul 2011
# 12:14
Avstriyalı və amerikalı metobalizma (maddələr mübadiləsi) araşdırmaçıları Volfqanq Amadey Motsartın gün işığından yetərincə faydalanmaması səbəbindən erkən öldüyünü iddia ediblər.

Kulis.az-ın “Cumhuriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Qraz Universitetində çalışan Stefan Pilz “D vitamini çatışmazlığı məşhur bəstəkarın immunitet sistemini zəiflətmiş və qan dövranı və böyrək xəstəliklərinə qarşı həssas vəziyyıtı gətirib” deyir.

Motsartın 1791-ci il dekabrın 5-də cəmi 35 yaşında olarkən hansı xəstəlik səbəbindən dünyasını dəyişməsi bu günə kimi müəmmalı olaraq qalır. Elə bu səbəbdən də müxtəlif ehtimallar irəli sürülüb. Ağciyər, selikli qişa, oynaq və boğaz infeksiyaları, sifilis, beyin qanaması, böyrək və ürək çatmazlığı və zəhərlənmə bunlardan bəziləridir.

İddia olunan xəstəliklərin əksəriyyətinin yaranma səbəbi D vitamininin çatışmazlığıdır. Bu fərziyyə ümumiyyətlə, gecələr çalışdığı üçün çox az halda gün işığına çıxmış olan Motsartın yaşayış tərzi ilə üst-üstə düşür. Bundan əlavə, D vitamini çatışmazlığı səbəbindən həmin illərdə Motsartın yaşadığı Avstriyada raxitlik də çox yayılmışdı. Raxitliyə və vərəmə qarşı mübarizədə günəş şüalarından istifadə metodu 19-cu əsrdə meydana çıxıb.

Motsartın 1791-ci ilin oktyabrında "Sehrli fleyta"nın təqdimatından qısa müddət sonra xəstələnməsi və iki ay sonra da həyatını itirməsi fərziyyəsini inkar etmir. Epidemioloji araşdırmalara görə Avstriyada günəş şüalarından D vitaminini almaq səviyyəsi sentyabr ayında belə çox aşağı olur. Həm də Avstriyanın yerləşdiyi coğrafi paralellərdə günəş işığı bədəndə yetərincə D vitaminin meydana gəlməsi üçün məqbul deyil.

Stefan Plizin dediklərinə görə, vitaminin əmələ gəlməsi üçün örtülü olmayan dərinin birbaşa günəş işığıyla təmasda olması zəruridir. D vitamini ehtiyatının az olması bir çox xəstəliklərin yaranma səbəbidir. Avstriyalı endokrinoloqları bir müddət əvvəl amerikalı, italyan və alman həmkarlarıyla birlikdə bədənlərində yetərincə D vitamini olmayan şəxslərin böyrək xəstələrindən daha erkən yaşlarda öldüyünü açıqlamışdı.


Vüqar Qurdqanlı
# 2744 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər