Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”
3 dekabr 2025
# 12:40

Azərbaycan Dövlət Yuğ Teatrında uzun müddətdir gözlənilən “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tamaşa “Kitabi-Dədə Qorqud” dastanının birinci boyu əsasında qurulub və dünyada əlyazmanın orijinal dili olan oğuz ləhcəsində səhnələşdirilən yeganə nümunədir.

Premyera Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur.

Tamaşada rolları (iki tərkibdə) Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Qasımov, Əməkdar artist Qasım Nağı və aktyorlar Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova və Vüqar Hacıyev ifa edirlər.

Qeyd edək ki, bu ilin oktyabrında tamaşa Meksikada keçirilən 35-ci Beynəlxalq “Kimera” (The Quimera International Festival of Art and Culture) İncəsənət və Mədəniyyət Festivalında böyük uğurla nümayiş etdirilib.

# 1761 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər