"Qızara-qızara almışam “beş”lərimi..." - Günün şeiri

"Qızara-qızara almışam “beş”lərimi..." - Günün şeiri
14 oktyabr 2025
# 13:50

Bu gün şair Yasəf Türksəsin anım günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Qocala bilməmişəm" şeini təqdim edir.

Özümə yaraşan günlərim az olub,
kasıbçılıq dolu kimi döyüb taleyimi.
Haqsızlıqdan doğan bir kasıbçılıqla
barışa bilməmişəm heç vaxt -
həmişə özümdən zəiflər at oynadıb
dörd yanımda.

Yaxşı oynamışam -
topum olmayıb,
yaxşı qaçsam da -
“ket”im olmayıb,
yaxşı oxusam da -
qızara-qızara almışam “beş”lərimi...
Köhnə paltarımdan utanıb
əzbər bildiyim dərsdən “iki” almışam.
həmişə gecikdirərdim sentyabrların 1-ni...

Uşaqlığımı
təzədən yaşamaq istəmişəm həmişə.
Həmişə qanadsız quş kimi çırpınmışam
taleyimin əlində.
Haqsızlıq içində boğula-boğula,
günlərimi poza-poza
əlli yaşıma çatmışam.
Dərd loto daşları kimi doldurub
ömür kartlarımı.
Duyğularım əjdaha kimi atılıb üstümə -
qoymayıb məni qocalmağa.

Futbol oynayanda
“ket”im olmayıb uşaqlığımda
indi də şairəm -
kitabım yoxdur.

# 261 dəfə oxunub

Oxşar xəbərlər

Anam da bir gün belə dirilsə... - Həmid Herisçinin yeni şeirləri

Anam da bir gün belə dirilsə... - Həmid Herisçinin yeni şeirləri

10:05 13 sentyabr 2025
İstəmirəm həqiqəti məscidlərdə, kilsələrdə axtarım - İlkin Özün yeni şeirləri

İstəmirəm həqiqəti məscidlərdə, kilsələrdə axtarım - İlkin Özün yeni şeirləri

15:30 28 mart 2025
Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər