"Çayda da başyuxarı gedər, aşağı getməz..." - Adam Mitskeviçin "Tərs arvad"ı

"Çayda da başyuxarı gedər, aşağı getməz..." - Adam Mitskeviçin "Tərs arvad"ı
26 noyabr 2026
# 15:22

Bu gün Polşanın məşhur şairi, publisist, inqilabçı Adam Mitskeviçin anım günüdür.

Kulis.az onun "Tərs arvad" şeirini Xalq şairi Nigar Rəfibəylinin tərcüməsində təqdim edir.

Özünü öldürənlər artmış bizim zamanda,
Odur, çay qırağında, körpülərdə, hər yanda
Qarovul düzülərək çoxlu jandarma durur,
Rəngi qaçmış bir adam gördümü, dərhal sorur:

– Nə var, sizə nə olmuş? – Ondan cavab almamış,
Biçarənin halına belə bircə qalmamış.
Özünü ağalara göstərməkçün qəhrəman, –
Qataraq qabağına gətirir onu haman.
Guya xilas edərək həyatını bu kəsin,
Tez açır qarşısında qapısını məhbəsin.
Senanın sahilində bir dəfə, başyuxarı,
Bir nəfər də qaçırdı; jandarma ona sarı.
Yüyürüb dayandırdı: – Ey, hara gedirsiniz?
Kimi axtarırsınız, söyləyin, burada siz?
– Allah eşqinə, əl çək! – dedi yüyürən nəfər, –
Arvadım suya düşüb, yoxdur ondan bir əsər.
Görürsənmi, ağlımı tamam şaşqınlıq sarmış,
Görünür ki, yazığı amansız çay aparmış.
Jandarma irad etdi: – Yazıq, görünür ki, siz,
Dünyada su elmindən tamam bixəbərsiniz.
Nə üçün düşmüşsünüz belə yersiz təlaşa,
Aşağı getməkdənsə, yüyürürsünüz başa?
Arvadınız bu çaya düşüb axmışsa əgər,
Axınla aşağıyla aparacaq ləpələr...
Kişi fikir verməyib, yuxarı səmtə getdi.
Yalnız o jandarmaya belə etiraf ifadə etdi:
Məni çaşdırmamışdır, jandarma, inan, yadım,
Ancaq çox tərs arvaddır mənim bədbəxt arvadım.
O, dünyada heç kəsin etdiyi kimi etməz,
Çayda da başyuxarı gedər, aşağı getməz...

# 41 dəfə oxunub

Oxşar xəbərlər

"Təkliyinə yuva gəzən perik quşam..."- Ağa Laçınlının şeirləri

"Təkliyinə yuva gəzən perik quşam..."- Ağa Laçınlının şeirləri

16:20 25 noyabr 2026
"Nankorluğumun amansız şaxtası ayaqlarındakı qanayan yaraları üşüdübsə..." - Lope de Veqa

"Nankorluğumun amansız şaxtası ayaqlarındakı qanayan yaraları üşüdübsə..." - Lope de Veqa

10:42 25 noyabr 2026
Düşüm heç olmasa izinə, Təbriz - Günün şeiri

Düşüm heç olmasa izinə, Təbriz - Günün şeiri

10:30 22 noyabr 2026
"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" -  Qulu Ağsəsdən Azər Turana

"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" - Qulu Ağsəsdən Azər Turana

14:16 21 noyabr 2026
"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

10:29 21 noyabr 2026
"İki qol arasının nə coxmuş həsrət yükü..." - Gülər Natiq İsaqın yeni şeirləri

"İki qol arasının nə coxmuş həsrət yükü..." - Gülər Natiq İsaqın yeni şeirləri

15:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər