Napoleon balacaboy deyilmiş

Napoleon balacaboy deyilmiş
17 avqust 2013
# 07:30

Lap məktəb vaxtlarından bəzi məlumatlar bizə doğru kimi təqdim olunsa da, sonralar bunların yalan olduğunu öyrənmişik. Kulis.Az onlardan bəzilərini təqdim edir:

Dilin fərqli hissələri fərqli dadları hiss edir


Dilin üstündə fərqli dad hüceyrələri var və bəziləri digərlərindən daha hissiyyatlıdırlar. Amma xüsusi hissələrə ayrılmayıblar.

Kolumb da dünyanın düz olduğuna inanırmış


Məşhur səyyah Kristofor Kolumb dünyanın nə qədər böyük olduğunu bilməmiş ola bilərdi, amma gəmi ilə üzərək dünyanın bir ucundan düşəcəyini fikirləşəcək qədər axmaq deyildi.

İnsan meymundan yaranıb


Darvin əslində bunu demək istəməyib, amma əsrlərdir bunu hamı səhv təqdim edib. Onun demək istədiyi bu idi ki, meymunlar və şimpanzelərin əvvəlki insanlarla ortaq cəhətləri daha çox olub.

Su fərqli yarımkürələrdə fərqli istiqamətlərdə axır

Bunu çox vaxt Avstraliyadan danışanda qeyd edirdilər. Guya cənub yarımkürəsində su fərqli istiqamətdə axır.

Lampanı Edison kəşf edib


Ən böyük ixtiraçılardan olan Tomas Edison bir çox şeyi kəşf edib, amma əslində lampa onlardan biri deyildi. O, sadəcə ingilis Jozef Svanın ilk dəfə səsləndirdiyi lampa fikrinin üzərində işləyib və onun verdiyi dizayn digərlərininkindən daha praktik olub.

Napoleonun boyu balaca idi

Napoleonun əslində boyu 1.70 sm olub. İndiki dövr üçün bu orta boy sayılsa da, həmin dövr üçün belə deyildi. Üstəlik ətrafındakı əsgərlərin də boyu hündür olduğundan belə bir səhv fikir dildən dilə gəzir.

Siçanlar pendir sevir


Uşaq vaxtı baxdığımız “Tom və Cerri” cizgi filmində həmişə siçanı pendir yeyən görmüşük. Əslində isə siçanlar pendir deyil, fıstıq və ya şirin şeyləri sevirmişlər. Yəni pendir və “Snikers”i yanaşı qoysalar, siçan mütləq şokoladı seçər.

Eynşteyn məktəbdə “iki” alırmış


Bu yalanı təkcə Eynşteyn haqqında yox, 10-dan çox Nobel mükafatlı fizik və ya elm adamı üçün deyiblər. Ancaq Eynşteyn heç də axmaq şagird olmayıb, xüsusilə riyaziyyat və fizika fənlərindən daima yüksək qiymətlər alıb.

“11 iqlim qurşağından 8-i Azərbaycandadır”

Yəqin tez-tez bu cümləni eşidirsiniz. Bu da geniş yayılmış səhv məlumatlardandır. Əslində dünyada 11 deyil, 13 iqlim qurşağı var. Bunlardan yeddisi əsas, altısı keçid iqlim qurşağıdır. Azərbaycan isə subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Bu cümlə Azərbaycan ərazisində qeydə alınan 8 iqlim tipindən qaynaqlanır. Unutmaq olmaz ki, tip və qurşaq başqa anlayışlardır.

# 6136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #