Bunları öyrənmədən Facebooka girməyin

Bunları öyrənmədən Facebooka girməyin
25 iyun 2013
# 07:15

Sosial medianın olmadığı vaxtları xatırlayırsınız? Xəbərləri televiziyadan eşitdiyimiz, qəzetlərdən oxuduğumuz o dövrləri...Artıq geridə qalan o çağların xiffətini çəkməkdənsə, yeniliklərlə ayaqlaşmaq məqsədəuyğundur...

Bəs sosial media nəhəngləri sayılan Facebook və Twitter haqda işinizi asanlaşdıracaq hansı məlumatları bilməlisiniz?

“Facebook”da paylaşma problemini həll etməyin ən yaxşı yolu “məxfilik” tənzimləmələrini ancaq dostlarınızın görəcəyi formada düzəltməkdir.

Bunun üçün “Facebook”da ən üst sağ tərəfdəki menyudan “Məxfilik tənzimləmələri”ni seçin. “Keçmiş göndərişlərə ara ver” düyməsini seçərək köhnə göndərişlərinizi başqalarından gizlədin.

“Facebook”da sizi kimin axtarıb dostluq göndərməyinə də siz qərar verə bilərsiniz. Elə “Məxfilik tənzimləmələri”ndə “Kim məni tapa bilsin?” maddəsinin qarşısındakı suallara “düzəliş et”məklə limitləri həyata keçirin.

Hətta statuslarınızı da bəzi insanlardan gizlədə bilərsiniz. Status paylaşanda kənarda “Hamı üçün”, “Dostlar”, “Dostlar (tanışlardan başqa)”, “Yalnız mən” və “Özəl” düymələrinə diqqət yetirin. “Özəl” düyməsi ilə kimlərin görüb-görə bilməməsinə limit qoyun.

“Dostlar” düyməsini seçsəniz, statusunuzu dostlarınızın dostları, “Dostlar (tanışlardan başqa)” düyməsini seçsəniz, yalnız dostlarınız görə biləcək.

Ümumi istifadə edilən kompüterdən “Facebook”a daxil olmusunuzsa, işiniz bitən kimi hesabınızı bağlamağı unutmayın. Əgər unutsanız, Facebook sizin üçün bu problemi də həll edə bilər.

Öz kompüterinizdən sayta daxil olanda “Hesab quraşdırmaları”ndan “Güvənlik” düyməsini seçin. Sonuncu maddə olan “Aktiv ssesiyalar”da “düzəliş et”səniz əvvəlki və bağlamadığınız Facebook girişlərinizin siyahısını görəcəksiniz. Həmin siyahıdan bağlamağa macal tapmadığınız istənilən girişi bağlaya bilərsiniz.

Hətta Facebookunuzu limitləyə və yalnız bir neçə cihazdan girişə icazə verə bilərsiniz. Bunun üçün “Güvənlik”dəki “Giriş bildirişləri” maddəsinə “düzəliş et”məlisiniz. Biri hesabınıza daxil olduqda sizə SMS və ya e-mail bildiriş gəlməsi üçün qarşılarındakı qutunu işarələməyiniz kifayət edəcək.

“Twitter” təxminən bir il əvvəl maraqlı bir düzəliş edib. Dəyişikliyə əsasən ancaq izlədiyiniz iki insan arasındakı söhbəti görə bilərsiniz. Bu, məxfilik baxımından yaxşı addımdır. Bu məhdudiyyəti aradan qaldırmaq istəsəniz, birini işarələyərkən (yəni mention) @ nişanının qarşısına nöqtə qoymalısınız.

“DestroyTwitter” (www.destroytwitter.com) “Twitter” hesabınızı filtrləməyə kömək edən vasitədir. Bununla görmək istədikləriniz və istəmədiklərinizi seçə, istənilən izləyicini siyahıdan çıxara, açar kəlmələri tənzimləyə bilərsiniz.

Sosial media həyatınızı nəzarət altında saxlamaq istəyirsinizsə, “HootSuite”(www.hootsuite.com) saytına daxil olun. Yenilikləri və fərqli saytlardakı göndərişləri izləmək, planlaşdırma qurmaq üçün bundan yaxşı proqramla qarşılaşa bilməzsiniz.

“Echofon” adlı iPhone tətbiqi də sizə “Tvitter”lə bağlı kömək edə bilər. Bu tətbiqetmə “iPhone”unuzdakı məlumatları ələməklə yanaşı, digər tərəfdən hansı tvitləri gördüyünüzü və hansıların gözünüzdən qaçdığını qeydə alır.

Bundan başqa “Facebook”dakı paylaşımlarınızı “Twitter” dostlarınızla da bölüşə bilərsiniz. http://apps.facebook.com/twitter ünvanına daxil olaraq, tətbiqetməni yükləyin.

İndiyə qədər yazdığınız bütün tvitlərin arxivini yükləməyi bilirsinizmi? “Twitter.com”da “Tənzimləmələr” bölümündən girib səhifənin alt tərəfində “Twitter Arxivi” düyməsinin yanındakı “arxivi istə” düyməsinə basın. İlk tvitinizdən etibarən bütün arxiviniz e-mailinizə göndəriləcək.

# 3642 dəfə oxunub

Müəllifin son yazıları

# # #