Fahişəxanalarda avaralanmağı sevən dahi

Fahişəxanalarda avaralanmağı sevən dahi
2 dekabr 2013
# 08:45

Kulis.az məşhur yazıçılar haqda maraqlı faktları təqdim edir.

Corc Bayron maniakal-depressiv psixozdan əzab çəkirmiş.

Bayronun çox qəribə bir kolleksiyası vardı: sevdiyi qadınların cinsiyyət orqanın tüklərini saxlayırdı.

Şekspir eyni gündə anadan olub, eyni gündə də vəfat edib.

Heminquey 5 müharibə, 4 avtomobil və 2 təyyarə qəzası yaşayıb.

Heminquey alkoqolik idi. İctimaiyyət qarşısında çıxış etmək qorxusu vardı. Həmçinin o heç vaxt ən sadiq oxucularına və dostlarına belə güvənmirdi.

Çarlz Dikkensin ən böyük zövq aldığı şey Parisdə morqa getmək imiş.

Dikkens həmişə üzü Şimala tərəf yatarmış. Yazı yazarkən də üzü Şimala tərəf oturarmış.

Uzun illərdir ki, Şekspirə aid əsərlərin başqa biri tərəfindən yazılıb- yazılmadığı müzakirə mövzudur.

34 yaşlı Tolstoy ilk nikah gecəsində 18 yaşlı arvadını məcbur edib ki, onun gündəliklərini oxusun. Gündəliklərində Tolstoy müxtəlif qızlarla çıxardığı hoqqalardan yazırdı.

Tolstoy əsərlərinə şübhə ilə yanaşırdı. Xüsusilə, “Hərb və sülh”ə. 1871-ci ildə məktubunda yazırdı: “Mən necə də xoşbəxtəm, bir də belə əsər yazmağa cəhd etməyəcəm artıq...”

Tolstoy boynuna xaç əvəzinə Fransız maarifçisi Russonun portretini asırmış.

Çexov fahişəxanalarda avaralanmağı sevirmiş. Yad bir şəhərə gedəndə birinci oranın fahişəxanaları ilə maraqlanarmış.

Çexov poçt markaları yığmağı sevirmiş.

Çexov zəif olduğuna görə 3-cü sinifdə oxuyarkən bir il sinifdə qalıb.

Artur Konan öz əsərlərində polisin cinayətin izini açmaq üçün yararlanmadığı metodlardan istifadə etmişdi. Siqaret kötüyündən, çap makinasının kodundan istifadə və s. Sonradan polislər bu metodlardan yararlanıb.

Şiller yalnız masanın üstündə çürük alma olduğu zaman yaradıcılıqla məşğul olurmuş.

Van Qoq sutkalarla yazır, miqdarsız absent içərmiş, hətta öz qulağını kəsib və belə halda öz avtoportretini çəkib.

Yazıçı Zolya roman üzərində işləyərkən özünü stula bağlayırmış.

Oğul Düma yazmağa başlamazdan əvvəl ən azı beş dəfə yaxşıca yeyərmiş.

# 4693 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #