Qlobal istiləşmə penisi qısaldır

Qlobal istiləşmə penisi qısaldır
20 dekabr 2012
# 08:15

Kulis.az ən maraqlı xəbərlərdən bir neçəsini təqdim edir.

Amerikanın populyar radio aparıcısı Raş Limbo verilişində italyan alimlərinə istinadən, penis uzunluğunun 1950-ci illərə nisbətdə 10% qısaldığını deyib. İtalyan alimləri bunun səbəbini qlobal istiləşmə ilə əlaqələndirsələr də, Respublikaçılarla yaxınlığı ilə tanınan Limbo qısalmada feministləri günahlandırıb. “Mənə bunları səbəb göstərə bilməzlər” deyən aparıcı “feminazilər” adlandırdığı feministlərin penisi qısaltdığını iddia edib. Limbonun bu zarafatı ölkədə xeyli səs-səda doğurub.

Eviniz yolu sizi unutsa da, ayaqqabınız xatırlayacaq! – KƏŞF

Evin yolunu göstərən ayaqqabılar

Dünyanın harasında olursunuz olun, sizə evinizin yolunu göstərəcək bir ayaqqabı var!

İngilis Dominik Uilkoks texnologiyanın köməyi ilə evin yolunu bilən “No Place Like Home” (Evdən yaxşısı yoxdur) adlı ayaqqabı icad edib.

Uilkoks ayaqqabının tikilməsini yerli “Stamp Shoes” firmasına, naviqasiya təchizatını isə texnologiya mütəxəssisi Beki Stüarda etibar edib.

Ayaqqabını əvvəlcə USB vasitəsilə kompüterə qoşub, müvafiq ev ünvanınızı onun yaddaşına yazmaq lazımdır. İçib yolunuzu azdığınız, evin yerini unutduğunuz vaxtlarda ayaqqabılarınızı toqquşdurmaq kifayətdir ki, dabanlara quraşdırılmış GPS sistemi işə düşsün. GPS işə düşən kimi ayaqqabının üstündəki dairəvi LED işıqlar ev istiqamətini tutaraq işarə verməyə başlayır. Digər tayın üstündəki düz LED işıqlar isə hədəfə olan məsafəni göstərir. Qırmızı işıqlar dairəni tamamlayıb yaşıl işıqla əvəz olunanda evin qabağında olduğunuzu görəcəksiniz.

Filippində virtual seks qanunla qadağan olunub

Filippin hökuməti ötən aylarda vətəndaşlara virtual sekslə məşğul olmağı qanunla qadağan edib. Yeni qanuna görə, vətəndaşlar cinsi orqanlarını kompüter vasitələri ilə nümayiş etdirdikləri, yaxud virtual sekslə məşğul olduqları təqdirdə ya 5 min dollar cərimə ödəyəcək, ya da həbs olunacaqlar. Virtual seks təklif edən saytları isə daha böyük məbləğdə cərimələr gözləyir. Rəsmilərin fikrincə, bu cür saytlar gənc qızları onlarla əməkdaşlıq etməyə sövq edir və seksual istismar, seksual köləlik, həmçinin təcavüz və digər cinayətlərin artımına birbaşa təsir göstərir.

Google Docsda yazılacaq roman

İngilis yazıçı Silviya Hartmen yeni romanını “Google Docs”dan oxucuların gözü qarşısında yazır. Oxucular “StarFields” imzası ilə yazan Hartmenin “Əjdaha hökmdarları” adlı yeni romanına internet vasitəsilə şahidlik edə bilərlər.

Axtarış sistemi “Google”un “Google Docs” xidməti sayəsində yazıçının hər yeni cümləsi internet istifadəçilərinin monitorlarında eyni vaxtda peyda olacaq. Hartmenin “Çılpaq yazıçı” adlı layihəsində oxucular səssiz qalmayıb, fikirlərini bildirəcək, hadisələrin gedişinə təsir edə biləcəklər. 12 sentyabr tarixində yazmağa başlayan Hartmen bunun oxucu və yazıçı arasındakı sərhədləri yıxmaq üçün əla vasitə olduğunu da vurğulayıb.

Əlcək telefon oldu

Artıq soyuq qış günlərində telefona cavab vermək üçün cibimizi uzun-uzadı axtarmağa, əlcəklərimizi çıxarmağa ehtiyac qalmayacaq. Belə ki, “Hi-Fun” şirkəti blutuzla işləyən əlcəklər ixtira edib. Bu əlcəkləri taxıb “telefonla danışmaq” hərəkətini etmək kifayətdir ki, telefonunuzda “cavab vermək” düyməsi işə düşsün. Bunun üçün sadəcə telefonunuzun blutuzu aktiv olmalıdır. Bu əlcəklə rahatlıqla telefona cavab verə, məşğul, yaxud danışığınız bitəndə telefonunuzu bağlaya bilərsiniz. Bu ay satışa çıxacaq əlcəyin qiyməti 49 evrodur.

# 3072 dəfə oxunub

Müəllifin son yazıları

# # #