Kişilər haqqında bilmədikləriniz

Kişilər haqqında bilmədikləriniz
27 iyun 2014
# 11:00

Rəfiqə Məmmədova

Elə bir günümüz yoxdur ki, qarşı cinslə rastlaşıb təmas yaşamayaq – evdə, işdə, küçədə, ictimai nəqliyyatda, şəxsi həyatımızda və s. Allahın hər verən günü onlarla çiyin-çiyinəyik. Bəs hər gün nələrisə bölüşdüyümüz kişiləri - sevgilimizi, iş yoldaşımızı, qardaşımızı, həyat yoldaşımızı nə dərəcədə tanıyırıq? Gəlin etiraf edək: çox az!

Sizi bir neçə primitiv faktla baş-başa buraxıram.

  1. Bir kişiyə “Yaxşıdı hər şey, küsməmişəm” – deyəndə bizə inandığına görə sakitləşər? Yox, müasir rus analitiklərinin apardığı araşdırmalara görə kişilər qadınlara nisbətən hisslərdən daha az baş açır, amma küsməmişəm cümləsini eşidən hər kişi əslində küsdüyünüzü çox gözəl dərk edir.

  1. Səhvin sizdə olduğunu dərk edəndə necə sevgilinizin könlünü ala bilərsiniz? Təcrübə göstərir ki, kişilərin zəif nöqtələrindən biri göz təmasıdır. Belə ki, Titaniki siz batırsanız belə göz təması qurun və məyus simayla aşağı tonda – üzr istəyirəm, deyin, bağışlandınız.

  1. Kişilər ciddi bir münasibətə nə vaxt hazır olduqlarını başa düşürlər? Başqasıyla intim həyatı olmayanda və buna ehtiyac duymayanda.

  1. İlk tanışlıqda necə həyəcanlı olduğunuzu və narahatlıq hissi keçirdiyinizi bilə bilər? Tez-tez güzgüyə baxdıqda və ya makiyajınızı yenilədiyinizdə.

  1. Sevgiliniz dostları ilə görüşəndə sizi də çağırır. Bunu doğurdan da istəyir yoxsa, centlmenlik edir? “İstəyirsənsə sən də” – deyirsə, centlmenlik edir.

  1. Ailəsinə bağlı olan oğlanlar bu mövzuda çox həssas olurlar. Bir oğlana deyiləcək sonuncu söz – ailənə niyə məndən çox vaxt ayırırsan – ola bilər. Bu riskə heç vaxt getməyin.

  1. Öz dostlarına bizim kimi hər şeyi danışırlar? Heç vaxt. Fikriniz özünüzə getməsin, ciddi münasibətdirsə, onlar sizinlə yaşadıqlarını uzağı üstüörtülü bir iki cümləylə bitirib söhbəti bağlayar.

  1. Kişilər qadınlarla müqayisədə daha bivec və duyğusuz görünür. Səbəbi isə sadədir – qadın ildə üç dəfə də vurulub unuda bilir, kişilər bu mövzu daha həssadır və onlar bağlanmağı adətən gözə almaq istəmirlər.

  1. Sevgilinizin rəfiqəsi ola bilər, rəfiqəsi onu gizli bir məhəbbətlə sevə də bilər, elə bilirsiz o bunu bilmir? Bilir, bunun üçün qırğınlar salıb onların dostluğuna son qoymağa cəhd etmək axmaqlıq olar. Etməyin belə şey.

  1. Ciddi, qalmaqallı mövzularla onları çox yormayın. Kişilər yanında dincələ biləcəyi bir xanıma ehtiyac duyar daima. Unutmayın, faciəvi problemlərin mənbəyi onların hərəkətləri deyil, bizim beynimizin təkrarolunmaz illüziyasıdır.

  1. Sevimli futbol klubu uduzanda eşitmək istədikləri son söz - əşşi, oyundu da -dır. Bu cümləni ümumiyyətlə unudun.

  1. Ona tez-tez “Söz verirsən?” – deməyin. Ya söz verib sonra tuta bilməyəcək, ya da baxarıq da, deyib xətrinizə dəyəcək. Ən az bizim qədər qərar dəyişdiklərini nəzərə alsaq, üç aydan sonra gedəcəyiniz yay düşərgəsinin hansı olacağına qətiyyətlə qərar verməsini gözləmək ədalətsizlik olar.

  1. Aldadılmaq və ya bunun şübhəsini yaşamaq elə də asan deyil, bilirəm. Amma onun üstünə adi əsassız şübhələrlə heç vaxt getməyin. Arqument tapın, lazımdırsa yerin dibindən tapın çıxardın amma, emosiyalara qapılıb hər ikinizi incitməyin.

# 4147 dəfə oxunub

Müəllifin son yazıları

# # #