"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda
20 noyabr 2026
# 11:41

"Squid Game" serialının yaradıcısı və rejissoru Hvanq Donq-Hyuk Doha Film Festivalı çərçivəsində keçirilən paneldə gələcək layihələri barədə danışıb.

Kulis.az xəbər verir ki, 3-cü mövsümlə rəsmi olaraq yekunlaşan "Squid Game" serialının müəllif hüquqlarının "Netflix"ə məxsus olduğunu xatırladan rejissor layihənin necə genişləndiriləcəyinə platformanın qərar verdiyini deyib.

Bununla belə, o, gələcəkdə yaxşı bir ideya yaranacağı təqdirdə filmin istehsalında iştirak etmək istədiyini bildirib.

Rejissor hazırda "K.O. Club" adlı yeni elmi-fantastik film üzərində çalışır.

Təxminən 20 il sonranı təsvir edən ekran işində varlıların gənclik satın aldığı bir gələcəkdə ümidsizliyə qapılan gənc nəslin 80 yaşdan yuxarı zəngin və nüfuzlu şəxslərə qarşı sui-qəsd təşkil etməsindən bəhs olunur.

Filmdə "Squid Game" ulduzları Li Byonq-Hon və Pak He-Su ilə yanaşı O Conq-Se, Ço Yo-Conq və Kim So-Cin kimi aktyorlar yer alacaq.

Qeyd edək ki, çəkilişlərə 2027-ci ilin ilk yarısında başlanması planlaşdırılır.

# 42 dəfə oxunub

Oxşar xəbərlər

Proses art -  Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

Proses art - Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

10:42 20 noyabr 2026
Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

10:22 20 noyabr 2026
Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

09:43 20 noyabr 2026
“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər