Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq
20 noyabr 2026
# 13:21

Vatikan Muzeylərində Roma papalarının son bir əsrdə istifadə etdiyi xidmət avtomobillərinin təkamülünü əks etdirən "Un secolo di Papamobile" adlı sərgi ziyarətçilərin ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, ekspozisiya 28 yanvar 2027-ci il tarixinədək açıq qalacaq.

Sərgidə 1930-cu ildən 2012-ci ilədək papaların istifadəsində olmuş 8 tarixi "Mercedes-Benz" avtomobili (o cümlədən Nürburg 460, 300 d Landaulet, 600 Pullman Landaulet, 230 G və ML 500), eləcə də tarixin ilk avtomobili sayılan 1886-cı il istehsalı "Benz Patent-Motorwagen" nümayiş etdirilir.

Sərgi papalıq nəqliyyatının rəsmi qapalı limuzinlərdən dindarlarla birbaşa təmas qurmağa imkan verən üstüaçıq avtomobillərə doğru keçdiyi yolu göstərir.

Belə ki, XI Piy sürücüyə düymələr vasitəsilə göstərişlər verə bilən ilk "Mercedes"dən istifadə edib, II İohann Pavel isə izdihamı hər tərəfdən salamlamaq üçün əvvəlcə bərbər kreslosundan uyğunlaşdırılmış fırlanan oturacaqlı açıq avtomobillərə üstünlük verib.

Qeyd edək ki, 1981-ci ildə Müqəddəs Pyotr meydanında II İohann Pavelə qarşı törədilən sui-qəsddən sonra avtomobillərin dizaynı köklü dəyişib və bu gün də istifadə olunan gülləkeçirməz şüşəli, zirehli "papamobil"lər dövrü başlayıb.

# 34 dəfə oxunub

Oxşar xəbərlər

Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

12:51 20 noyabr 2026
Ella Lenqli bir gecədə altı mükafat qazandı - Musiqi tarixində rekord

Ella Lenqli bir gecədə altı mükafat qazandı - Musiqi tarixində rekord

12:21 20 noyabr 2026
Azərbaycan media nümayəndələri Vyetnamın Hoa Lò Həbsxanası Muzeyində

Azərbaycan media nümayəndələri Vyetnamın Hoa Lò Həbsxanası Muzeyində

12:02 20 noyabr 2026
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür

Ağdamın işğaldan azad edilməsindən 6 il ötür

11:58 20 noyabr 2026
"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

11:41 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər