Nazsızdır fahişələr... - Rüstəm Behrudinin yeni şeirləri

Rüstəm Behrudi, şair

Rüstəm Behrudi, şair

21 aprel 2025
# 16:50

Kulis.az Rüstəm Behrudinin "Darıxan ağac" və "Parisdə" adlı yeni şeirlərini təqdim edir.

Darıxan ağac

Görən kimi tanıdım..
Tanıdınmı məni sən ?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Gəldim baxım boyuna.
Görüm neçə haçadır.
Gəldim görüm neynirsən,
Görüm, ölüm necədir?

Necədir yarpaq gözün?
Budaq əlin necədir?
Hələ kökün ölməyib...
Ölən qolun necədir?

Bu sarmaşıq tanışdır.
Solun, sağın necədir?
Boş qaranquş yuvası
Tənhalığın necədir?

Necədir yalqız olmaq
Fəsillərin birində,
De, bu boyda meşədə
Ağacların içində?

Mən də bezib, usanıb,
Gəldim evdən, necədir
Yarpağından de, əvvəl
Ölən gövdən necədir?


O yarpğın, bu gözün,
Bu qolun, o budağın...
Hönkürərlər üstünə.
Mənim təkin qonağın.

Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Parisdə

Paris - qürbətin adı
Qəm köklənir qəm üstə
Mən əbasız, xirqəsiz
Bir dərvişəm Parisdə.

Yenisey çölü yanır,
Alışıb gülü yanır
Rembonun külü yanır
Parisdə...

Yenilib Zəfər Tağı,
Baxır başı aşağı
Lüksemburq bağı... ağı
Parisdə

Qınından sıyrılacaq xəncərdi
Eyfelə bax
Yerə-göyə saplanacaq
Parisdə

Qıza bax, Ay üzlüdü,
Janna Darkın özüdü,
Yer üzü göy üzüdü
Parisdə

Ömür şərabdı camda
Ruhum küləkdi şamda
Dua idim Noterdamda
Parisdə

Halıma baxıb gülər,
Luvrda ilahələr
Nazsızdır fahişələr
Parisdə

Sena hüznlə axır
Axıb ruhumu yaxır
Sözümnən Allah baxır,
Allah baxır,
Parisdə

# 2803 dəfə oxunub

Oxşar xəbərlər

"Çəkiclə vuran hakim" böyük səs-küyə səbəb oldu

"Çəkiclə vuran hakim" böyük səs-küyə səbəb oldu

13:45 9 sentyabr 2025
Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə

Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə

10:00 7 sentyabr 2025
“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin  məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

15:00 6 sentyabr 2025
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

17:00 5 sentyabr 2025
"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

16:00 4 sentyabr 2025
Primitivizmin məşhur nümayəndəsi,  "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

Primitivizmin məşhur nümayəndəsi, "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

16:54 2 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər