ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi

ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi
27 oktyabr 2026
# 16:22

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik Qarabağdakı tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlərlə bağlı sertifikat təqdim edib. Sertifikatlar Ağdam ‘İmarət’ Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa şəhəri Dövlət Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təqdim olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, sertifikatlar Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdim olunub.

Salem bin Məhəmməd Əl-Malik çıxışında ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə həyata keçirdiyi səfərlərdən danışıb.

O bildirib ki, ICESCO-nun nümayəndə heyəti ilk dəfə 2020-ci ildə Qarabağa səfər edib. Həmin vaxt ərazilərdə mina təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilib və nümayəndə heyəti bölgədə işğal nəticəsində yaranmış genişmiqyaslı dağıntıların şahidi olub.

“Biz ilk səfərimiz zamanı çox kədərli mənzərənin şahidi olduq. Çoxsaylı dağıntılar gördük və bununla bağlı hökumətin qarşısında duran böyük vəzifələri müşahidə etdik”, – ICESCO baş direktoru bildirib.

Salem bin Məhəmməd Əl-Malik qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq missiya yaradılıb. Fransa, Almaniya, Kolumbiya və digər ölkələrdən olan nümayəndələrin daxil olduğu missiya Qarabağın beş ərazisində araşdırma apararaq hesabat hazırlayıb.

Onun sözlərinə görə, həmin missiya daha sonra bölgəyə ikinci dəfə səfər edib və yeni hesabat hazırlayıb.

“Eyni missiya yenidən geri qayıtdı və ikinci hesabatı hazırladı. Bu hesabat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edildi”, – Əl-Malik vurğulayıb.

ICESCO baş direktoru bildirib ki, təşkilat Qarabağda tarixi və mədəni irsin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirir.

O əlavə edib ki, təşkilatın hazırladığı sənədlər beynəlxalq səviyyədə Qarabağdakı tarixi irsin vəziyyəti ilə bağlı mövqenin təqdim olunması baxımından əhəmiyyətlidir.

# 425 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər