"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir
27 oktyabr 2026
# 17:30

Bu gün uelsli şair Dilan Tomasın doğum günüdür.

Kulis.az onun "Xüsusilə oktyabr küləyi əsəndə" şeirini təqdim edir.

Xüsusilə oktyabr küləyi
Şaxtalı barmaqları ilə saçlarımı cəzalandıranda,
Xərçəng yerişli günəşə tutunub od üstündə yeriyirəm
Və torpağın üzərinə xərçəng kölgəsi salıram...
Dəniz kənarında quşların səs-küyünü,
Qışın quru budaqları arasında qarğanın öskürdüyünü eşidərək,
Danışdıqca titrəyən təlaşlı ürəyim
Heca-heca qan axıdır və sözlərini tükədir...

Sözlərdən ibarət bir qülləyə qapanmış halda,
Üfüqdə ağaclar tək yeriyən
Seyr edirəm qadınların sözdən biçilmiş surətlərini,

Parkdakı ulduz kimi əl-qol oynadan uşaq cərgələrini...
İcazə ver, bəzilərini sənə sait səsli fıstıq ağaclarından yaradım,
Bəzilərini palıd səslərindən; köklərindən,
Neçə-neçə tikanlı qraflığın nəğmələrini oxuyum sənə...
İcazə ver, bəzilərini sənə suyun nitqlərindən yaradım...

Bir qıjı dibçəyinin arxasında yellənən saat
Mənə zamanın sözünü deyir...

İcazə ver, sənə qarğanın günahlarından danışım...

Xüsusilə oktyabr küləyi,
İcazə ver, bəzilərindən sənə payız ovsunları yaradım,
Hörümçək dillilərdən və Uelsin gurultulu təpəsindən...
Turp yumruqları ilə torpağı cəzalandıranda,
İcazə ver, bəzilərini sənə amansız sözlərdən yaradım...
Kimyəvi qanın tələsik axarında hərfləyərək
Gələn qəzəbdən xəbərdar edən ürək tamamilə boşaldı
Dəniz sahilində qulaq as qaranlıq saitli quşlara...

Türk dilindən sətri tərcümə etdi: Aydan Ağayeva

# 116 dəfə oxunub

Oxşar xəbərlər

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

13:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər