ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı
29 sentyabr 2026
# 13:15

ADA Universitetində “Anım Günü” ilə bağlı tədbir keçirilib. Burada ölkəmizin müxtəlif ali təhsil ocaqlarından tələbələr və müəllim heyəti, eləcə də döyüş meydanında odun-alovun içindən qələbəyə qədər getmiş qazilər, şəhid ailələrinin üzvləri bir araya gəliblər.

APA xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətənimizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Daha sonra çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva tədbirdə nümayiş etdiriləcək “Zəfər Rəqsi” filmi barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən “Zəfər rəqsi” qısametrajlı bədii filmi “Ədibin Evi” tərəfindən keçirilən Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.

Tədbirin keçirildiyi gün-28 sentyabr həm də görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın anım günü olduğunu xatırladan Şəfəq Mehrəliyeva əlavə edib: “Mir Cəlal Azərbaycan ədəbiyyatında hekayəçilik janrının ən parlaq nümayəndələrindən biridir. Onun irsi bizə xatırladır ki, böyük ədəbiyyat həmişə böyük həcm demək deyil. Bəzən bir neçə səhifəlik hekayə uzun bir roman qədər dərin düşüncə doğurur, kiçik bir hadisə bütöv bir dövrün mənzərəsini canlandırır. “Zəfər Rəqsi” filmi ilə biz, Mir Cəlalın məhz bu üslubunu əks etdirməyə çalışmışıq. Qısa 40 dəqiqəlik filmlə Azərbaycanın tarixi Zəfərinin çox tərəflərinə toxunmaq və onun arxasında duran nəinki keçmiş, həm də gələcəyimizə aid arzularımızı göstərməyə çalışmışıq”.

Film nümayişindən sonra yaradıcı heyət tələbələrlə müzakirə aparıb. Ssenari müəllifi və rejissor Gəray Həsən, baş rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Vüsalə Ağamalıyeva Ağayeva bu layihənin onların hər biri üçün xüsusi əhəmiyyət kəsb etdiyini, şanlı tariximizi yaşadıb gənc nəslə ötürməkdə mədəniyyət sahəsinin üzərinə də vəzifələr düşdüyünü bildiriblər.

Təəssüratlarını bölüşən Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn müharibə iştirakçıları və onların ailə üzvlərinin təcrübələrini yaradıcı şəkildə olsa da, dəqiqliklə və təsirli şəkildə canlandıran bu milli kino nümunəsinə görə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran ADA Universitetinin rektoru Hafiz Paşayev “Zəfər Rəqsi” filmi heyətinə uğurlu layihəyə görə təbriklərini çatdırıb və bu qəbildən işlərin beynəlxalq səviyyədə də tanınması, Qarabağ qələbəmizi təmsil etməsinə ehtiyac olduğunu deyib.

Qeyd edək ki, “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən çəkilən qısametrajlı “Zəfər Rəqsi” bədii filmi 2026-cı ildə Rusiya, Kanada, Hindistan, İsveç, Almaniya, Niderland Krallığı və Bolqarıstanda keçirilən Beynəlxalq Film Festivallarında münsiflər heyətinin rəğbətini qazanıb, Türkiyədə TURAN Film festivalında TÜRKSOY təşkilatının xüsusi mükafatına layiq görülüb.

# 36 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər