Xuan Rulfonun ən təsirli hekayəsi - Mətn

Yazıçı Xuan Rulfo

Yazıçı Xuan Rulfo

31 oktyabr 2021
# 12:30

Kulis.az Xuan Rulfonun "Mənim atam" adlı hekayəsini təqdim edir

Mə­nim atam yax­şı ki­şiy­di. O ya­şa­yan­da bu dün­ya­da yax­şı heç nə yo­xuy­du. Sa­bah ney­lə­yə­cə­yi­ni heç kəs bil­mir­di, çün­ki sa­ba­ha etibar qal­ma­mış­dı, bu gün­sə hə­lə qur­tar­ma­mış­dı. Ha­va da ki, pisiy­di göz-gö­zü gör­mür, heç nə an­la­şıl­mır: gün çı­xıb­mı, kü­lək har­dan əsir – qu­zey­dən­mi, gü­ney­dən­mi.

Dün­ya­da yax­şı heç nə yo­xuy­du. Atam­sa yax­şı ki­şiy­di, hə­ya­ta da ina­nır­dı.

Onu işıq­la­şan­da öl­dür­dü­lər, an­caq o öl­dü­yü­nü, həm də nə­dən öt­rü, nə­yin üs­tün­də öl­dü­yü­nü ye­nə də ba­şa düş­mə­di. Onu öl­dür­dü­lər, hə­yat on­dan öt­rü bit­di. Baş­qa­la­rı üçün­sə o hə­lə də ya­şa­yır­dı və dün­ya ya­vaş-ya­vaş din­cəl­mə­yə, də­yiş­mə­yə baş­la­mış­dı, hət­ta ya­ğış dam­cı­la­rı da se­çi­lir­di; adam­lar ya­ğı­şa bax­dıq­ca ümid­lə­ri ye­ri­nə qa­yı­dır­dı.

Mə­nim atam qa­tı qa­ran­lıq­da, dan işı­ğın­dan xə­bər­siz ke­çin­di. Onu də­də-ba­ba qay­da­sıy­la kə­fən­lə­di­lər və elə dəfn elə­di­lər ki, elə bil bu da adi adam­lar­dan bi­riy­di. Bi­zə de­di­lər: "Si­zin ata­nız ölüb, özü də işıq­la­şa­na ya­xın, ilan vu­ra­nın da yat­dı­ğı, uşaq­la­rın do­ğul­du­ğu, ölü­mə məh­kum olun­muş­la­rın gül­lə­lən­di­yi vaxt ölüb. Ge­cə­nin bu üz­gün vax­tın­da adam­lar ya­rı­yu­xu­lu olur­lar, boş-boş yu­xu­lar gö­rür­lər, an­caq be­lə yu­xu­la­ra da eh­ti­yac var".

– Si­zin ata­nız ölüb.

Yu­xu­da gör­düm ki, bir ma­ral ba­la­sı­nı qu­ca­ğı­ma al­mı­şam. Yu­xu­lu, qa­nad­sız quş ki­mi yup­yum­ru, ba­la­ca, ya­tan ada­mın ürə­yi ki­mi sa­kit, is­ti.

– Onun öm­rü qı­rıl­dı.

Ge­cə­nin ən tut­qun, ən bu­la­nıq, ən qa­tı vax­tıy­dı, sə­hə­rə az qa­lır­dı. Hər şey uzaq­lar­day­dı. Ba­şa dü­şür­düm ki, ağ­la­ma­lı­yam, heç ol­ma­sa bir­cə dam­la göz ya­şı çı­xar­maq üçün ürə­yi­mi sı­xır­dım. Hön­kür­mə­yə ça­lı­şır­dım. Qəl­bi­mi ağ­rıt­maq üçün di­dir­dim, ya­rı­yu­xu­lu ürə­yi­mi çə­kic ki­mi ağır dər­din al­tı­na qo­yub əzir­dim. Yal­nız bir şey is­tə­yir­dim – ağ­la­maq. İs­tə­yir­dim dər­di­min di­li açıl­sın.

– Ma­ral ba­la­sı ölüb. Sə­nin qu­ca­ğın­da­kı hey­va­nın ölü­sü­dü.

Qo­yun bu yu­xu­nu gö­rüm qur­ta­rım. Qa­lan şey­lər ha­mı­sı ya­lan­dı! Hə­lə ki, mən yat­mı­şam, heç kəs ölə bil­məz.

– Sa­at üç­dü ar­tıq, ata­nın me­yi­ti­ni gə­tir­mi­şik. Onu bu ge­cə öl­dü­rüb­lər.

– Sən kim­dən da­nı­şır­san? Mə­nim atam­dan? O ölə bil­məz. Heç kəs ona pis­lik elə­yə bil­məz. Yox­sa yer üzün­də qi­ya­mət qo­par, dün­ya məhv olar. Adam­la­rın əl­lə­ri qu­ru­yar, hə­yat in­san­lar üçün mə­na­sı­nı iti­rər. Mə­nim atam bi­zə hə­yat ve­rib, yal­nız onun sa­yə­sin­də işıq­lı­ya göz aç­mı­şıq. O ölə bil­məz.

– Onu öl­dü­rüb­lər.

– Ha­çan? Sa­at ne­çə­də?

Mən heç qı­mıl­dan­ma­dım, an­caq dün­ya yə­qin nə­sə hiss elə­di.

– Ge­cə. Dur. Dur bax ona.

– Sən mə­ni al­da­dır­san.

– Dəfn bu gün­dü.

– Heç bir dəfn zad ol­ma­ya­caq. Mə­nim atam ölə bil­məz. O biz­dən çox ya­şa­ya­caq. O bi­zə bən­zə­məz, o, öm­rü bo­yu yox­sul­luq, eh­ti­yac nə­di, bil­mə­yib…

– De­mək, sən ona bax­maq is­tə­mir­sən? Qalx, hə­lə ki, onu se­vən­lər, ya ta­nış­la­rı gəl­mə­yib­lər, ya­xın­laş ata­na.

– Atam öl­mə­yib. Sən mə­nə nif­rət elə­yir­sən. Elə nif­rət elə­di­yi­nə gö­rə də mə­ni qəs­dən oyat­mı­san. Qoy bu yu­xu­nu gö­rüm qur­ta­rım.

– Yax­şı, sən de­yən ol­sun, an­caq ya­dın­da sax­la, onu gü­nor­ta­dan son­ra dəfn elə­yə­cək­lər.

– İşı­ğı sön­dür. İşı­ğı sön­dür, özün də çıx get. Əgər atam doğ­ru­dan da ölüb­sə, on­da ni­yə gü­lür­sən? Çıx get! Ma­ral ba­la­sı ya­tır. Oyat­ma onu. Mən bi­li­rəm sən kim­sən. Ge­cə­lər an­caq şey­tan də­cəl­lik elə­yib ya­tan­la­rı qor­xu­dur. Atam öl­mə­yib, sən sa­də­cə ya­lan da­nı­şır­san. Al­da­dır­san. Al­da­dır­san mə­ni, vəs­sa­lam! Rədd ol!

Göz yaş­la­rım qan ki­mi sel­lən­di. Uzaq­dan ana­mın ağı­sı­nı eşi­dən­də isə qa­nım su­ya dön­dü.

Tərcümə: Fəxri Uğurlu

# 8309 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #