Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı - FOTO

Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı - FOTO
26 aprel 2025
# 13:00

18-i əsrin sonu 19-cu əsrin əvvəllərində Fransanın imperatoru olmuş Napoleon Bonapartın şəxsi qılıncı hərraca çıxarıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Napoleon onu Fransa Respublikasının Birinci Konsulu olarkən Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən sifariş edib. Qılınc hakimiyyətinin sonuna qədər Napoleonda qalıb və Elba adasına sürgün edilməzdən əvvəl taxtdan imtina edən imperator onu marşal Emmanuel de Qruçiyə təhvil verib.

"1815-ci ildən bəri silahlar marşalın nəsilləri tərəfindən saxlanılır və ilk dəfə olaraq açıq hərraca çıxarılacaq", - “Drouot” hərrac evi bildirib.

Hərrac evi bildirib ki, bu, Napoleonun Versal manufakturasından sifariş etdiyi iki eyni qılıncdan biridir. İkincisi, rus generalı qraf Pavel Şuvalova hədiyyə edilib və Sankt-Peterburqdakı Ermitajda saxlanılır.

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər