"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə
2 iyul 2026
# 12:30

Bu gün amerikalı yazıçı və jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin anım günüdür.

Kulis.az onun "Əcəl zəngi" əsərindən bir hissəni Hacı Hacıyevin tərcüməsində təqdim edir.

Bütün olub-keçənlərdən sonra, adamlar gedəndən sonra o, yorğunluq və zəiflik, daxili bir boşluq hiss edirdi, ağzında öd təmi duyurdu. Bax, indi doğrudan da çətin bir şey yoxdur. Nə olursa-olsun və bundan sonra nə baş verirsə-versin, onun üçün daha heç bir çətin şey yoxdur. Hamı getdi, indi o tək-tənha burada, ağacın altında, kürəyini gövdəyə söykəyərək oturub. O, aşağıya, yaşıl yamaca baxdı, Aqustinin vurub öldürdüyü boz atı gördü, bir az aşağıda isə yolu, onun arxasında sıx meşə ilə örtülmüş başqa yamacı gördü. Sonra nəzərlərini körpüyə və körpünün arxasındakı yola çevirdi, körpüdə və yolda baş verənləri müşahidə eləməyə başladı.

Döngənin arxasında toplaşan yük maşınlarını buradan yaxşı görə bilirdi. Ağacların arasından maşınların boz gövdələri aydın seçilirdi. Sonra o biri tərəfə baxdı, oradan yuxarıya uzanan yol çox da yoxuş deyildi. Onlar elə buradan gələcəklər, lap tez gələcəklər, deyə düşündü. Pilar qızın qayğısına hamıdan yaxşı qalar. Özün bilirsən. Pablo yəqin ki, hər şeyi götür-qoy eləyib, yoxsa o, risk etməzdi.

Pablonun fikrini çəkməyə bilərsən, Mariyadan nigaran qalmaq lazım deyil. Çalış ki, ona dediklərinə özün də inanasan. Belə yaxşı olar. Kim deyir ki, bu doğru deyil? Sən demirsən. Aranızda olanların olmadığını deməyəcəyin kimi, sən bunu da deməzsən. Öz inamını itirmə. Amansız olma. Vaxta lap az qalıb, bir də axı indicə sən özün qızı getməyə məcbur etdin. Hər kəs əlindən gələni edir. Sən özün üçün daha heç nə eləyə bilməzsən, amma başqaları üçün bəlkə də bir şey eləyə bildin. Nə olar.

Biz bütün səadətimizi dörd gündə yaşadıq. Yox, dörd gündə yox. Mən buraya qaş qaralanda gəldim, bu gün isə günorta olmayacaq. Deməli, üç gecə və üç yarımçıq gün. Dəqiq ol, o, dedi. Tam dəqiq ol. Yaxşı olardı ki, bir az aşağı sürüşəydin, deyə fikirləşdi. Yaxşısı budur özünə elə yer seç ki, bəlkə bir fayda verə biləsən, yoxsa avara kimi ağac dibində oturmağın heç bir mənası yoxdur. Hər halda bəxtin gətirib. Bundan da pis şeylər olur. Tez ya gec, bu hər kəsin başına gəlməlidir. İndi ki, bunu etməli olduğunu bilirsən, deməli qorxmursan. Yox, qorxmuram, o öz-özünə dedi və bu, həqiqət idi.

Hər halda xoşbəxtlikdir ki, əsəb damarı zədələnib. Sınıqdan aşağıda hətta heç nə hiss etmirəm. O, əlini ayağına toxundurdu, elə bil ki, ayağı bədəninin bir hissəsi deyildi. O yenə aşağıya, yamaca baxdı və fikirləşdi: bütün bunları tərk etmək istəmirəm, vəssalam. Heç də tərk etmək istəmirəm, düşünmək istəyirəm ki, hər halda burada bir faydalı iş gördüm. Hər halda, bacardığım qədər işlədim.

Sən demək istəyirsən ki, indi də bacarığın var? Yaxşı, qoy elə olsun, indi də bacarığın var. Bütün bir ili inam bəslədiyin məslək yolunda vuruşdun. Əgər biz burada qalib gəlsək, hər yerdə qalib gələcəyik. Dünya yaxşı məkandır və onun üçün vuruşmağa dəyər, mən bu dünyanı heç də tərk etmək istəmirəm. Həm də sənin bəxtin gətirdi, o öz-özünə dedi, sənin ömrün çox yaxşı keçdi. Babanın ömrü kimi yaxşı keçdi, amma bir az qısa oldu. Sən hamıdan yaxşı ömür sürdün, çünki sənin həyatında həmin bu son günlər oldu. Sənin şikayətlənməyə haqqın yoxdur.

Amma hayıf ki, bütün öyrəndiklərini bir başqasına vermək daha mümkün olmayacaq. Lənət şeytana, axıraxırda hər şeyi çox sürətlə öyrəndin. Yaxşı olardı Karkovla bir də söhbət edəydim. Orada, Madriddə. Bax, o dağların arxasında, vadini keçəndən sonra. O boz qayalardan və şam ağaclarından, süpürge kolundan və naz çiçəyindən uzaqlarda, sarı yaylanın o tayında bəyaz ve yaraşıqlı Madrid yerləşir. Piların söhbət açdığı adamlar, təzə qan içmək üçün sallaqxanaya gedən qarılar kimi bu da əsl həqiqətdir.

Heç elə olmur ki, təkcə bir şey həqiqət olsun. Hər şey həqiqətdir. Axı təyyarələrin hamısı eyni cür qəşəngdir, istər bizimki olsun, istər onlarınkı. Yox, elə deyil, o düşündü. Yaxşı, qanını qaraltma, o öz-özünə dedi. Nə qədər ki, vaxt var, qarnı üstə çevril. Hə, bir məsələ də var. Piların ovcuna baxıb fal açmağı yadındadır? Yoxsa sən bu cəfəngiyata inanırsan? Yox, o dedi. Bütün baş verən hadisələrə baxmayaraq, inanmırsan? Hə, yenə pe inanmıram. Amma bu səhər biz yola düşməmişdən əvvəl qadın çоx mehriban idi. Yəqin qorxurdu ki, dediklərinə inanmışam. Amma mən inanmıram. O isə inanır. Onlar hər halda, nə isə görürlər. Ya da nə isə hiss edirlər.

Ən yüksək dərəcədə həssas qavrama - deyəsən bu, belə adlanır. Lap ela-belə adlanır, o dedi. Qadın qəsdən vidalaşmadı, çünki bilirdi; vidalaşmağa başlasaydı, Mariya getməyəcəkdi. Ah səni, Pilar. Yaxşı, Cordan, gəl qarnı üstə çevril. Lakin o bu işə başlamaq istəmirdi. Birdən yadına düşdü ki, dal cibində balaca qumquma var. Fikirləşdi: çox nəhəngləri diz çökdürmüş viskiden bir qurtum içim, sonra çevrilərəm. Lakin cibini yoxlayanda, qumqumanı orada tapmadı, özünü lap tənha hiss etdi. Görünür mən buna da müəyyən ümidlər bəsləyirdim, deyə düşündü.

Bəlkə onu Pablo götürüb? Bu nə axmaqlıqdır. Yəqin ki, sen onu körpüdə itirmisən. Hə, Cordan, başla, öz-özünə dedi. Bir, iki, üç. O, ağacdan aralanıb uzandı, hər iki əli ilə sol ayağından yapışdı və onu güclə aşağı dartdı. Sonra uzandığı halda yenə ayağını dartdı ki, sümüyün iti ucu yerindən çıxıb içəridən dərini deşməsin, başı ayaqlarından aşağıda qalana qədər yavaş-yavaş çevrildi. Sağ ayağının altını sol ayağının üstünə dayadı və əziyyətlə, tər tökə-tökə qarnı üstə çevrildi, daha sonra dirsəkləri üstə qalxaraq, sağ ayağının köməyi ilə sol ayağını düzəltdi və onu mümkün qədər geriyə çəkdi.

O, budunu yoxladı: hər şey qaydasında idi. Sümük dərini deşməmişdi, sümüyün sınmış ucu isə əzələyə keçmişdi. Görünür, o lənətə gəlmiş at ayağımı əzəndə, esəb damarı həqiqətən qırılıb, deyə düşündü. Doğrudan da heç bir ağrı yoxdur. Ancaq yerindən tərpənəndə ağrı olur. Görűnűr, bu vaxt sűmük daha nəyə isə ilişir. Görürsənmi, o dedi. Görürsənmi bəxtin necə gətirir. Hətta içkisiz də işin keçdi. Ancaq həyəcanlanmaq lazım deyil. O, əlini avtomatına apardı, qutudan sandığı çıxartdı, ehtiyat sandıqları yoxlamaq üçün əlini cibinə vurdu, çaxmağı açıb lüləyə baxdı, sonra sandığı taxıb üzünü yola çevirdi.

Bəlkə yarım saat da çəkdi, deyə fikirləşdi. Amma həyecanlanmaq lazım deyil. O, yamaca, şam ağaclarına baxır və çalışırdı ki, heç nəyin fikrini çəkməsin. O, çaya baxır və körpünün altındakı kölgənin sərinliyini xatırlayırdı. Bircə tez gələydilər, deyə düşündü. Kaş ki, onlar gələnecən huşumu itirməyəydim. Sən necə bilirsən, kimin vəziyyəti daha yüngül olur? Dindarların, yoxsa hər şeyi olduğu kimi qəbul edənlərin?

Əlbəttə, inam təskinlik gətirir, amma biz də bilirik ki, qorxmalı bir şey yoxdur. Bircə orası pisdir ki, hər şey yox olub gedir. Orası pisdir ki, can vermək uzun çəkir, bərk ağrılar olur, bu isə insanı alçaldır. Bax, burada sənin bextin lap gətirib. Sənin başına belə bir iş gəlməyəcək. Yaxşı ki, onlar getdilər. Onlarsız daha yaxşıdır. Axı mən deyirəm ki, bəxtim gətirir. Əgər onlar burada olsaydılar, boz atın düşüb qaldığı bu yamaca səpələnsəydilər, ya da başıma toplaşıb, nə vaxt öləcəyimi gözləməyə başlasaydılar, onla necə də pis olardı. Yox.

Onlar getdilər. Onlar burada deyillər. Əgər indi hücum da uğurlu olsaydı. Sən nə istəyirsən axı? Hər şey. Mən hər şey istəyirəm, amma özümlə nə mümkünsə, onu götürəcəyəm. Qoy bu hücum uğursuzluqla qurtarsın, nə olar, başqası uğurlu olar. Mən heç fikir vermədim, görəsən təyyarələr geri qayıtdı ya yox? İlahi, nə xoşbəxtlikdir ki, onu getməyaə məcbur edə bildim. Bütün bunları babama danışmaq yaxşı olardı.

Yəqin ki, o heç vaxt cəbhə xəttini keçməli olmayıb, öz adamlanını axtarıb tapmaı olmayıb və bu gün mənim yerinə yetirdiyim tapşırıq kimi bir tapşırığı yerinə yetirməli olmayıb. Haradan bilirsən? Bəlkə də o, yüz dəfə belə tapşınqları yerinə yetirib. Yox, - dedi, - dəqiq ol. Belə işi heç kəs yüz dəfə görə bilməz. Heç on dəfə də görə bilməz. Bəlkə onu lap bir dəfə görmək də o qədər asan deyil. Yox canım, elə niyə. Sən yeganə adam deyilsən. O dedi:

- Bircə onlar tez gələydilər. Bu saat gələydilər, yoxsa ayağım ağrımağa başlayır. Deyəsən şişir. Bu mərmi dəyənəcən, hər şey yaxşı gedirdi, deyə o fikirləşdi. Amma xoşbəxtlikdəndir ki, mərmi bir az əvvəl, mən körpünün altında olanda dəymədi. Hər hansı bir iş əyər-əskiklə görüləndə, gec-tez bedbəxtlik üz verməlidír. Sənin işin hələ Qols bu əmri alanda bitmişdi.

Özü də sən bunu bilirdin, yəqin ki, Pilar da elə bunu duymuşdu. Vaxt gələcək, bizdə bütün bu işlər daha sahmanlı olacaq. Səhra radio stansiyaları - bizə bax bu lazımdır. Bəli, bizə çox şey lazımdır. Məsələn, mənim bir ehtiyat ayağım olaydı. Bu sözləri deyib, güclə gülümsündü, çünki indi əsəb damarı zədələnən yerdən ayağı bərk ağrıyırdı. Ah, qoy gəlsinlər, deyə fikirləşdi. Mən atam eləyəni eləmək istəmirəm.

Lazım gəlsə, eləyərəm, amma yaxşı olardı ki, lazım gəlməyəydi. Mən bunun əleyhinəyəm. Bu barədə fikirləşmə. Bu barədə fikirləşmə. Tez gələydilər bu əclaflar, deyə fikirləşdi. Tez gələydilər, tez gələydiler. Ayağı getdikcə daha bərk ağrıyırdı. Ağrı birdən tutdu, o çevriləndən və budu şişməyə başlayandan sonra. O fikirləşdi: bəlkə mən bunu elə indi eləyim. Ağrıya çox yaxşı dözə bilmirəm. Qulaq as, əgər mən bunu indi eləsəm, sən başqa cür başa düşməzsən ki? Sən kiminlə danışırsan? Heç kimlə, -o dedi. - Yoxsa babanla? Yox. Heç kimlə. Ah, lənətə gəlmişlər, tez gəlib çıxaydılar.

Qulaq as, bəikə elə bunu eləsəm yaxşıdır, çünki birdən huşumu itirsəm, öhdəsindən gələ bilmərəm və məni əsir alarlar, sorğu-suala tutarlar, nə desən soruşarlar, başıma min oyun açarlar, onda heç yaxşı olmaz. Yaxşısı budur işi o vaxtacan uzatmayım. Hə, bəlkə elə bunu indi eləyim və hər şey qurtarsın getsin? Yoxsa, ah, qulaq as, hə, qulaq as, qoy onlar tez gəlsinler. Sən bunun öhdəsindən pis gəlirsən, Cordan, o dedi.

Öhdəsindən pis gəlirsən, Bunun öhdəsindən kim yaxşı gəlir ki? Bilmirəm, heç bilmək də istəmirəm, Amma sən bunun öhdəsindən pis gəlirsən. Məhz sən çox pis gəlirsən. Lap pis, lap pis. Mənce vaxtdır. Bəs səncə? Yox, vaxt deyil. Çünki sən hələ nə isə eləyə bilərsən. Nə qədər ki, məhz nə etməli olduğunu bilirsən, sen bunu eləməlisən. Nə qədər ki, bu, yadındadır, sən gözləməlisən. Gəlin çıxın da! Qoy gelsinlər! Qoy gəlsinlər! Gedənləri fikirləş, o dedi. Onların meşə ilə necə irəlilədiklərini fikirləş. Çayı necə keçdiklərini fikirləş. Kolların arası ilə necə getdiklərini fikirləş. Yamacı necə qalxdıqlarını fikirləş. Bu axşam onların əhvalının necə xoş olacağını fikirləş. Onların gecə səhərəcən yol gedəcəklərini fikirləş. Sabah onların Qredosa necə çatacaqlarını fikirləş. Onları fikirləş. Lənət şeytana, onları fikirləş. Qredosdan o yana mən daha onları fikirləşə bilmirəm, dedi.

Montananı fikirləş. Fikirləşə bilmirəm. Madridi fikirləş. Fikirləşə bilmirəm. Bir qurtum sərin suyu fikirləş. Yaxşı. Bax, bu, belə de olacaq. Bir qurtum sərin su kimi, Yalan deyirsən. Bu heç cür olmayacaq. Əslində heç nə olmayacaq. Heç nə. Onda bunu elə. Elə. Hə, elə. İndi daha olar. Hə. Hə. Yox, sən gözləməlisən. Özün bilirsən. Buna görə də gözlə. Mən daha gözləyə bilmirəm, o dedi. Əgər bir dəqiqə də gözləsəm, huşumu itirəcəyəm.

Mən bilirəm, çünki artıq üç dəfə bu həddə çatmışam, amma özümü saxlamışam. Mən özümü saxlamışam və heç ne olmayıb. Amma indi bacarmıram. Görünür, qıçımda daxili qanaxma başlayıb, axı sümük hər tərəfi deşib dağıdıb. Xüsusən mən çevriləndə. Şiş də ondandır, zəiflik də, indi isə sən huşunu itirməyə başlayırsan. İndi daha bunu eləmək olar. Mən sənə ciddi deyirəm, daha olar. Amma sən gözləyə bilsən və azacıq da olsa onların qabağını kəssən və ya heç olmasa zabiti öldürə bilsən, bu çox şeyi həfl edə bilər. Vaxtında görülən bir iş... Yaxşı, o dedi.

O, sakitcə uzanmışdı, özünü ələ almağa çalışırdı, hiss edirdi ki, huşu başından çıxır, bu vaxt o dedi: indi sakit olmaq lazımdır, onlar gələnə kimi özümü saxlaya biləydim. Robert Cordanın xoşbəxtliyi ona xilas çıxmadı, çünki elə həmin dəqiqə süvari dəstəsi meşədən çıxıb yolu keçdi. O, atlıların yamacı neсə qalxdıqlarını müşahidə edirdi. O, dəstənin başında gələn süvarinin boz atın yanında dayandığını, çığıraraq zabitə nə isə dediyini və zabitin at belində ona yanaşdığını gördü. O, hər ikisinin atın üstünə necə əyildiyini görürdü. Atı tanımışdılar. Bu at və onun sahibi dünən səhər dəstədən yoxa çıxmışdı.

Robert Cordan onları yamacın yarı yolunda, öz yaxınlığında görürdü, aşağıda isə, o yolu, körpünü, körpünün o tərəfində uzun sıraya düzülmüş maşınları görürdü. İndi o tamam özündə idi, diqqətli nəzərlərlə bir xeyli ətrafı seyr etdi, Sonra o, səmaya baxdı. Göydə iri ağ buludlar var idi. O, ovcunu yerdəki şam iynələrinə sürtdü, arxasında uzandığı ağacın qabığına toxundu. Sonra o, bacardığı qədər rahat uzandı, şam iynələri qalağına dirsəkləndi, avtomatın lüləsini isə şam ağacına söykədi. Zabit gedənlərin ardınca löhrəm çaparaq, Robert Cordanın uzandığı yerin iyirmi yard aşağısından keçməli idi.

Belə məsafədə çətin bir iş yox idi. Zabit leytenant Berrendo idi. Aşağı yol postuna basqın xəbari alınanda, o, La-Qranxadan təzəcə qayıtmışdı və ona emr olunmuşdu ki, öz dəstesi ilə oraya yollansın. Onlar atlarını dördnala çapırdılar, amma körpii partladılmışdı, buna görə onlar geri dönmüşdülər ki, yarğanı çayın yuxarısından keçsinler, sonra isə meşə ile getsinlər. Atları tərləmişdi və löhrəm yerişlə də ağır-ağır gedirdi. Leytenant Berrendo ləpirlərə baxa-baxa yamacı qalxırdı; onun artıq sifəti qayğılı və ciddi idi; köndələninə qoyulmuş avtomahı yəhərin üstündən görünürdü.

Həyəcanını boğan Robert Cordan əli titrəməsin deyə çox ehmalca, çox ehtiyatla ağacın dalında uzanmışdı. O, zabitin, meşə qırağındakı şam ağaclarının yaşıl yamaca qalxdığı gündü, şən yerə çıxacağını gözləyirdi. O, üstünə şam iynələri səpələnmiş torpaqda ürəyinin necə vurduğunu hiss etməkdə idi.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

"Sevməyin  hər şey olduğunu öyrəndim..."  - Herman Hesse

"Sevməyin hər şey olduğunu öyrəndim..." - Herman Hesse

11:30 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

16:00 1 iyul 2026
"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

13:40 1 iyul 2026
"İztirab çəkməmiş  ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

"İztirab çəkməmiş ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

11:00 1 iyul 2026
"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

12:10 30 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər