Hər yerdə bizimkilər
24 oktyabr 2012
11:51
Başqa bir ölkəyə köçməyə hazırlaşdığımızı bilən kimi azərbaycanlı yazı-pozu dostlarım dərhal qıza oğlan calamaq istəyən araçı sevincilə bir neçə ad verirlər. Həmin ölkədə yaşayan, bizim coğrafiyadan olan yazıçıların, şairlərin adları, telefon nömrələri, ünvanları…
Bunlar quzey – güney azərbaycanlıları, bunlar Türkiyə türkləri, bunlar müsəlman şərq aləminin travmalarını daşıyan başqa yazarlardır ki, gedib həmin ölkədə ömür sürürlər. Bəziləri otuz, bəziləri qırx, bəziləri lap çoxdan orada yaşayır, ingilisə, almana qaynayıb qarışmır, bir-birinin əlindən tutub halay çəkiblər, o şəhərə üz tutan mənim kimi növcavanları da böyük məmnuniyyətlə, qonaqpərvərliklə o halaya alıb udurlar.
Yaxşılıqsevər dostlarım da o adamları tanışlıq verməklə mənə yaxşılıq etdiklərini düşünürlər. Onlardan biri, şair dostum deyir ki, qərib ölkədə köçmənlə köçmən bir-birini daha yaxşı başa düşür, ünsiyyəti daha yaxşı alınır, nəinki yadlarla. Dostum inanır ki, onlarla orada əl-ələ tutub, elə bu birləşmiş əllərlə yad ölkənin ədəbiyyatına doğru cığır açmaq olar.
Ancaq mən o adları eşidəndə özümü çox pis hiss edirəm. Məndə elə bir hiss yaranır ki, sanki həmin ölkədəki taun, cüzam, difteriya xəstələrinin ünvanlarına ezam olunuram. Bədbəxt Şərq aləminin düşüncə, yaddaş epidemiyasından qurtulmaq astanasında ikən yenidən onlara ürcah olunuram.
Bu günlər ərzində mənə onlarca İrandan, Turandan, bu yandan, o yandan gedib orada yaşayan köçmən yazar adı verilib. Onlara nə zəng edəcəyəm, nə də məktub yazacağam, indidən bilirəm. Köçdüyü şəhərdə ilk növbədə o köçmənləri axtarıb tapanları, doğrusu, başa düşməkdə çətinlik çəkirəm. Şair W.S.Merwin “Ananas tarlasındakı turistə suallar” verdiyi kimi, bu kiçik yazının imkan verdiyi qədər, mən də orada “zemlyak” axtaran yazarlara suallar vermək istəyirəm.
Sadəcə eyni coğrafiyadan olduğunuza görə, eyni rəngli dərinin içində yaşadığınıza, dünyaya eyni rəngli gözlərlə baxdığınıza görə, ondan niyə kömək ummalısan və o da sənə kömək etməlidir?
Əgər onunla ünsiyyətdə özünü bir ingilislə ünsiyyətdən daha xoşbəxt hiss edirsənsə, ingilisin şəhərində nə işin var, oturub öz şeirlərini elə buradaca öz şərqlilərinə oxusana. O da sənə oxusun.
Ksenofobiyan var?
Mir Cəlalın “İtə ataram, yada satmaram” hekayəsini çox sevirsən?
Sual çoxdur, vaxtım azdır, davam edirəm. Bir türk qadın var, özü kimi başqa köçmənlərlə birləşib, köçməyə hazırlaşdığımız şəhərdə Sürgün Qələmlər dərnəyi yaradıb. Başına beş yüzdən yuxarı iranlı, turanlı, kürd, əfqan, hindli… yığıb. Tez-tez onların ədəbi görüşlərini keçirir, “Qaçqın və sürgün şairlərin şeirləri” kimi adları olan almanaxlarını buraxır, elə hey bir-birinin yarasını öpüb-oxşayırlar. Öz adları yoxdur, əvəzində mənsub olduğu kateqoriyanın, mənsub olduqları statusun adı var: qaçqın yazarlar, mühacir yazarlar, sürgün yazarlar almanaxı.
Doğrusu, onların internet səhifəsinə baxanda qızıl axtarmağa gedib kəllə, əl-ayaq sümüklərilə rastlaşan gənc kimi canımı ölümcül qorxular bürüdü. Bu cansıxıcı tədbir şəkilləri, bu antropolojisi tanış sifətlər, bu ərəbmənşəli adlar, soyadlar, bu gülü əskik olmayan şeirlər, saytın küncündə “Sən də bu şəhərdə yaşayan şərqlisənsə, üzv ol” çağırışı… – mənə yazığınız gəlsin, məni onlara qoşmayın.
O ölkənin parlaq ədəbiyyatına sıfırdan qoşulub yüksəlmək tədbirləri tökməkdə ikən, iki taxta pəncərə layı arasına, iki pəncərə layı arasındakı hörümçək torlarının cənginə atmayın məni. Qoyun bizim ölkənin ədəbiyyatından o ölkənin ədəbiyyatına maklersiz, öz taleyimlə, öz addımlarımla keçim. Şərqdən kifayət qədər çəkmişəm. Nə edirəm Qərbdə şərqli əllərinin istisini?!

5863 dəfə oxunub