Avstriya səfiri Tərcümə Mərkəzində olub

Avstriya səfiri Tərcümə Mərkəzində olub
23 sentyabr 2015
# 12:59

Sentyabrın 22-də Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Veks Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin mətbuatı xidmətindən Kulisə verilən məlumata görə görüşdə Avstriya-Azərbaycan mədəniyyətləri arasında əlaqələrdən, görülən və görüləcək işlərdən danışılıb.

Mərkəzin direktoru A. Məsud Mərkəzin ümumi fəaliyyəti barədə məlumat verərək, ədəbiyyatlararası mübadilələr, həmçinin Avstriya ədəbiyyatıyla bağlı həyata keçirilən və həyata keçirilməkdə olan layihələrdən söz açıb: "Avstriya ədəbiyyatı həmişə Azərbaycanın diqqət mərkəzində olub. Frans Kafkanın əsərləri Azərbaycan dilində ilk dəfə 1991-ci ildə nəşr olunub. Biz bu işi təmənnasız olaraq, Frans Kafkaya və onun ədəbi irsinə olan sonsuz sevgiylə həyata keçirmişik. Bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin - Stefan Sfayqın, Rayne Mariya Rilkenin, Piter Handkenin, Soyferin, Oskar Yellenek və Elfrida Yelinekin əsərlərini də, tərcümə edib, həm kitab halında, həm "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr etmişik. Hazırda Mərkəzdə Azərbaycan dilinə tərcümə edilmiş Avstriya ədəbiyyatı antologiyası nəşrə hazırlanır. Bu gün biz Azərbaycan ədəbiyyatının da Avstriyada tanıdılması istiqamətində bir sıra işlər görürük. 2007-ci ildə Avstriya Mədəniyyət Departamentinin dəvəti ilə Vyanada olarkən, məni milli ədəbiyyatların ayrı-ayrı stendləri sərgilənən salona dəvət etdilər. Bütün millətlərin və ölkələrin ədəbiyyatları yer almış bu salonda Azərbaycan ədəbiyyatının stendinin yoxluğundan mütəəssir oldum. Azərbaycanın dünya ədəbi fikir müstəvisinin diqqət mərkəzində olmağa layiq zəngin ədəbiyyatı var və biz bu ədəbiyyatın mükəmməl bədii tərcümə mütəxəssislərinin, dil daşıyıcılarının köməyi ilə dünyaya çıxarılması üzərində işləyirik. Xalqlar və millətlər arasında mövcud olan bütün sərhədlər, dini, irqi fərqlər vahid ədəbiyyat müstəvisində itir. O səbəbdən ki, bəşəri ədəbiyyatda sərhəd və millət anlayışı yoxdur".

Cənab Aksel Veks öz növbəsində, dəvətə görə minnətdarlıq edərək, qaldırılan məsələlərin hər iki ölkə arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirdi: "Ədəbiyyatlararası mübadilələr xalqlar və millətlər arasında dostluq və anlaşma münasibətlərini möhkəmlədir. Avstriya ədəbiyyatına olan bu sevgidən hədsiz məmnunam. Bu sahədə gördüyünüz işləri də təqdirəlayiq hesab edirəm. Azərbaycan ədəbiyyatının Avstriyada tanıdılması istiqamətində, həmçinin avstriyalı bədii tərcümə mütəxəssislərinin işə cəlb olunması ilə bağlı irəli sürülən təkliflərinizin həyata keçirilməsi üçün səfirlik əlindən gələn köməyi əsirgəməyəcək və bu işə Azərbaycanın Avstriyadakı səfirliyinin də cəlb edilməsi, düşünürəm, işimizi bir qədər də asanlaşdıracaq".

# 3528 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər