Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı
14 noyabr 2026
# 15:18

Gəncə şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq Memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Memorandum “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının hədəflərinə uyğun olaraq teatrların tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutur. Rəsmi mərasimdə sənədə Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev imza atıblar.

Vurğulanıb ki, Memorandumun imzalanması Bakı və Gəncə teatr mühitinin inteqrasiyası, eləcə də milli teatr sənətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sənəddə Bakı və Gəncə regional kimliyini təmsil edən teatrlar arasında yaradıcı mübadilə, 21-ci əsrin yeni sənət platformalarının müzakirəsi, birgə tamaşa layihələrinin və festivalların təşkili, eləcə də forum və ustad dərslərinin keçirilməsi kimi mühüm bəndlər əksini tapıb.

İmzalama mərasimində Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov çıxış edərək bu sənədin Bakı ilə Gəncənin sənət mühiti arasında strateji körpü olduğunu, iki teatrın yaradıcı potensialını birləşdirərək gənc nəsil üçün yeni üfüqlər açacağını bildirib. Qurulan əməkdaşlığı vacib hadisə kimi dəyərləndirən Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev vurğulayıb ki, bu tərəfdaşlıq hər iki teatrın inkişafına, yeni prespektivlərin artırılmasına böyük imkan yaradır.

İmzalama mərasimindən sonra Gəncə Dövlət Milli Dram Teatrında Qurban Səidin eyniadlı romanı əsasında rejissor Abdulla Elşadlının quruluş verdiyi “Əli və Nino” tamaşası nümayiş olunub.

# 39 dəfə oxunub

Oxşar xəbərlər

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

13:24 13 noyabr 2026
“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

12:18 13 noyabr 2026
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər