“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO
14 noyabr 2026
# 13:16

Bakıda görkəmli şair Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbir Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan eyniadlı layihə çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli kitabın ərsəyə gəlməsində uzun müddətdir arzuladığı bir ideyanın reallaşdığını bildirib. Onun sözlərinə görə, layihə cari ildə həyata keçirilsə də, Sabirin yaradıcılığına rəssamların bədii baxışlarını vahid nəşrdə toplamaq ideyası çoxdan düşüncəsində olub.

Təqdim edilən kitabda 1906-cı ildən bu günədək müxtəlif dövrlərdə tanınmış Azərbaycan rəssamları tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar və qrafik əsərlər toplanıb.

Nəşrin əsas məqsədi uzun illər müxtəlif kitablarda və dövri mətbuatda pərakəndə şəkildə qalan, yaxud ayrı-ayrı nəşrlərdə qismən əks olunan bu zəngin vizual irsi ilk dəfə sistemli şəkildə bir yerə toplamaqdır.

Tədbir çərçivəsində kitabda yer alan illüstrasiyalardan ibarət sərgi də nümayiş olunub. Sərgidə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən Əzim Əzimzadədən başlayaraq Elçin Məmmədova qədər müxtəlif rəssamların Sabirin poetik irsinə həsr etdikləri əsərləri ilə tanış olmaq imkanı yaradılıb.

Tədbirin gedişatında bir sıra qonaqların çıxışları olub. Onlar dahi şairin yaradıcılığının yaşadılması ilə bağlı öz fikirlərini qonaqlarla bölüşüblər.

Qeyd edək ki, “Sabirin sözü, zamanın gözü” nəşri Azərbaycan mədəniyyətində mühüm yer tutan şairin irsinin yeni rakursdan təqdim olunmasına, müxtəlif nəsil rəssamların yaradıcılıq baxışlarının araşdırılmasına və gələcək nəsillər üçün qorunub saxlanmasına xidmət edir.

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO

# 43 dəfə oxunub

Oxşar xəbərlər

“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər