"Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir".
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
Teatrşünas bu ilin əvvələrində aparılan teatr islahatları nəticəsində ləğv olunan vəzifələrin geri qaytarılmasını mütləq zərurət adlandırıb:
“Biz bu məsələni çox ciddi hesab edirik. Baş rejissorsuz, bədii rəhbərsiz teatr fəaliyyət göstərə bilməz. Bu, mümkün deyil”.