"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı
13 noyabr 2026
# 11:02

Türkiyədə məşhur "Manifest" musiqi qrupunun qurucusu və meneceri Tolqa Akış azadlığa buraxılıb.

Kulis.az xəbər verir ki, İstanbulun 43-cü Asliye Cinayət Məhkəməsində keçirilən ilk məhkəmə iclasında Akışın məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılması barədə qərar qəbul olunub.

Məhkəmədə ifadə verən Akış 77 gündür törətmədiyini düşündüyü cinayətə görə həbsdə olduğunu bildirib.

O, konsertdə seksual məzmunlu xoreoqrafiyanın əvvəlcədən planlaşdırılmadığını, nə özünün, nə də qrup üzvlərinin cinayət törətmək niyyətinin olmadığını deyib.

Məhkəmənin qərarına əsasən, Akışa ölkədən çıxış qadağası qoyulub.

İş üzrə növbəti məhkəmə prosesi gələn ilin martın 18-nə təyin edilib.

Tolqa Akış avqustun 28-də saxlanılaraq həbs edilmişdi.

O, qrupunun konsertindəki çıxışlarla əlaqədar “ədəbsiz məzmunlu materialların yayımlanmasına vasitəçilik etmək” ittihamı ilə mühakimə olunub.

İttiham üzrə onun 6 aydan 3 ilədək azadlıqdan məhrum edilməsi tələb edilib.

# 37 dəfə oxunub

Oxşar xəbərlər

İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər