İstiqlal şairinin yeni kitabı nəşr olundu

İstiqlal şairinin yeni kitabı nəşr olundu
18 oktyabr 2024
# 12:40

Bu il istiqlal şairi Ümmügülsüm (Rəsulzadə) Sadıqzadənin vəfatının 80 illiyi qeyd olunur.

Kulis.az xəbər verir ki, bu münasibətlə şairin şeirlərindən ibarət “Vətən ayrısı” kitabı nəşr olunub.

Kitabın tərtibçisi və ön sözün müəllifi, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəcibə Bağırzadədir.

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, yazıçı Seyid Hüseynin ömür-gün yoldaşı Ümmügülsüm Sadıqzadə 1937-ci ildə Seyid Hüseynin ailə üzvü kimi həbs edilərək Bayıl həbsxanasına salınıb. Sonra 8 il müddətinə Mordva Respublikasına göndərilib. Sürgün həyatından sonra vətənə dönüb və Bakıda yaşamasına icazə verilmədiyindən Şamaxıya köçüb. Ömrünün son aylarını Şamaxıda keçirən şairə az sonra orada dünyasını dəyişib.

Ümmügülsüm Sadıqzadənin məhv olmuş yaradıcılığından çox az şeirləri günümüzə kimi gəlib çatıb. Onun 1915-ci ildə “Solğun çiçəklər” adlı ilk hekayəsi “Qurtuluş” jurnalında nəşr olunub və müsabiqədə ilk yerlərdən birini tutub. Sonra “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Dirilik”, “Azərbaycan” və digər jurnallarda şeirləri və hekayələri dərc olunub.

Ümmügülsüm Sadıqzadə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına “Türk ordusuna”, “Ey Türk oğlu”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yollarını bəklədim” və s. adlı şeirlər həsr edib. Onun “Hicran” və “Bayrağım enərkən” şeirləri isə 1920-ci ildə AXC-nin süqutu ilə bağlı yazılıb.

Qısa ömür yaşayan, hər misrası Vətən, millət sevgisi aşılayan istiqlal şairi Ümmügülsüm Sadıqzadənin şeirlərindən ibarət “Vətən ayrısı” kitabının yenidən nəfis tərtibatda çap olunmasında məqsəd onun yaradıcılığını gənc nəslə tanıtmaqdır.

# 2313 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər