Dekan qızından ilhamlanıb yazılan, elmi nəzəriyyələri qabaqlayan "Alisa möcüzələr ölkəsində"

Dekan qızından ilhamlanıb yazılan, elmi nəzəriyyələri qabaqlayan "Alisa möcüzələr ölkəsində"
26 noyabr 2025
# 13:30

160 il əvvəl - 26 noyabr 1865-ci ildə Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" əsəri ilk dəfə nəşr olunub.

Kulis.az dünya uşaq ədəbiyyatının ən tanınmış klassiklərindən biri sayılan sözügedən roman haqqında maraqlı faktları təqdim edir.

Luis Kerroll ( əsl adı Çarlz Dodjson) tərəfindən 1865-ci ildə qələmə alınmış və dünya ədəbiyyatının ən məşhur fantastik nümunələrindən birinə çevrilmiş romandır.

O, Оksfоrdun müəllimi, riyaziyyatçı və ruhani idi. Yazıçılıq isə onun üçün sadəcə hobbiyə çevrilmişdi. Kеrrоllun bəzi riyaziyyat işlərinin dövrünün alimləri tərəfindən dəyərləndirilmədiyi, lakin sonradan bu işlərin riyaziyyatın inkişafını qabaqladığı hesab olunur.

Dodjsonların ailəsində on bir uşaq vardı, Çarlz yaşca üçüncü idi, buna görə də kiçikləri əyləndirməyin yollarını axtarmalı olurdu. Bu isə ona çətinlik yaratmırdı. O, uşaqlarla ünsiyyətdən, onlara nağıllar danışmaqdan, kukla teatrları qurmaqdan böyük həzz alırdı.

"Alisa möcüzələr ölkəsində" təkcə uşaqların sevdiyi bir nağıl olmaqla kifayətlənmir, həm də böyüklərin dünyasını uşaq təxəyyülünün prizmasından göstərdiyi üçün bədii dəyəri ilə seçilir.

Kеrrоllun kitablarındakı Alisanın real prototipi vardı — Оksfоrd kollec dekanının qızı Alisa Liddell. O, bəlkə də dovşan yuvasına qaçmayıb, amma yazıçıya o qədər güclü təsir bağışlamışdı ki, Kеrrоll ona tam iki kitab həsr etmişdi.

Kеrrоll Liddell ailəsi ilə dostluq edir və dekanın qızları ilə yaxın ünsiyyətdə olurdu.

Rəvayətlərdən birinə görə, o, hətta Alisa bir az böyüyəndə onunla evlənmək istədiyini demişdi. Dostluq qarşılıqlı idi. Qızlar məmnuniyyətlə ailə dostunun evinə gəlir, onun hekayələrini dinləyirdilər.

Kerroll 1862-ci ildə Liddell ailəsi ilə bir gəzinti zamanı kiçik Alisa Liddell üçün bu hekayəni uydurmuş, onun israrı ilə yazıya köçürmüşdür. Əsərin ilk variantı "Yeraltı dünyada Alisanın macəraları" ( “Alice’s Adventures Under Ground”) adlanırdı.

7 yaşlı zərif və tərbiyəli Alisa saatlı ağ dovşanın tavşanın arxasınca qaçaraq dərin bir dəlikdən fantastik bir dünyaya düşür. Burada məntiqsiz, qəribə və simvolik hadisələrin içində: böyüklərin sərt qaydalarını, əxlaq dərslərini, hakimiyyət və itaət anlayışlarını öz saf uşaq ağlı ilə sorğulayır.

Bu məkan həm macəra dolu xəyal aləmidir, həm də böyüklər cəmiyyətinin yumorla tənqid edildiyi bir səhnədir.

Alisa haqqında iki kitabda Kеrrоllun bəzi elmi nəzəriyyələri qabaqladığı güman olunur. Məsələn, kainatın genişlənməsi nəzəriyyəsi - Alisanın böyüməsi və kiçilməsi buna eyham kimi yozulur.

Onun kiçilib yox olacağından qorxması isə fizikin Edmund Uittеkerin materiyanın azalması barədə fikirləri ilə qarşılaşdırılır. Alisanın dovşan yuvasına artan sürətlə düşməsi - sonradan Eynşteynin qravitasiya haqqında düşüncə eksperimentləri ilə uyğunlaşdırılır.

Sonralar hekayə genişləndirilmiş, yeni səhnələr əlavə olunmuş və illüstrator Con Tennielin rəsmləri ilə birlikdə 1865-ci ildə hazırkı adı ilə nəşr edilmişdir.

“Alisa möcüzələr ölkəsində" fantaziya janrının klassiki, uşaq ədəbiyyatının şah əsəri, Viktoriya dövrü cəmiyyətinə satirik baxış, simvollar və məntiq oyunları ilə zəngin fəlsəfi mətn kimi qəbul edilir.

Bu çoxqatlılıq onun həm uşaqlar, həm də böyüklər tərəfindən sevilməsinə səbəb olub.

Əsər yüz ildən artıqdır ki, kino, teatr, opera, balet və animasiya sahələrində saysız adaptasiyalarda ös əksini tapıb: 1903-cü ildə ilk səssiz filmi, 1951-ci ildə məşhur Disney animasiyası, 2010-cu ildə Tim Burtonun filmi, opera və balet versiyaları, 2019-cu ildə Türkiyədə “Alisa" müzikli.

Bu gün “Alisa möcüzələr ölkəsində" təkcə bir roman deyil — fantaziya ilə məntiqin toqquşduğu, uşaqlığın səmimiyyəti ilə böyüklüyün sərtliyinin üz-üzə gəldiyi unikal bir əsər, eyni zamanda pop mədəniyyətdə, sənətdə, modada və hətta psixologiyada belə iz buraxan universal bir simvoldur.

# 37 dəfə oxunub

Oxşar xəbərlər

Bir varlığın xüsusiyyətləri onun mahiyyətinin bir hissəsidir... - Alessandro Açillinidən aforizmlər

Bir varlığın xüsusiyyətləri onun mahiyyətinin bir hissəsidir... - Alessandro Açillinidən aforizmlər

12:55 29 oktyabr 2025
"Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar..." - Günün mahnısı

"Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar..." - Günün mahnısı

10:40 21 oktyabr 2025
“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

15:00 14 oktyabr 2025
"Bulağın başını Süleyman Rüstəm kəsib!" - Xəlil Rzanın tərcümələrinə niyə laqeyd yanaşırdılar?

"Bulağın başını Süleyman Rüstəm kəsib!" - Xəlil Rzanın tərcümələrinə niyə laqeyd yanaşırdılar?

10:00 9 oktyabr 2025
"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

09:00 18 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər