Məhkəmə Elif Şafakın romanının plagiat olduğunu təsdiqlədi

Məhkəmə Elif Şafakın romanının plagiat olduğunu təsdiqlədi
26 noyabr 2025
# 10:22

Yazıçı və jurnalist Mine Kırıkkanatın məşhur yazıçı Elif Şafaka qarşı irəli sürdüyü plagiat iddiası üzrə məhkəmə "Bit Palas" romanının Kırıkkanatın "Milçək sarayı" əsərindən plagiat edildiyi qənaətinə gəlib.

Kulis.az xəbər verir ki, Kırıkkanat şikayətində Elif Şafakın 2002-ci ildə dərc edilən "Bit Palas" romanında struktur, hadisə xətti və obrazların onun yazdığı "Milçək sarayı" romanı ilə diqqətəçarpan dərəcədə oxşar olduğunu iddia etmişdi.

Məhkəmənin son qərarında bu oxşarlıqların “plagiat təşkil etdiyi” və ekspertiza rəyləri ilə təsdiqləndiyi bildirilib.

Qərar uzun sürən hüquqi prosedurun ardınca çıxarılıb və tərəflərin irəli sürdüyü bütün materiallar qiymətləndirildikdən sonra Kırıkkanatın lehinə nəticələnib.

Qeyd edək ki, məhkəmənin plagiatın mövcudluğunu təsdiqləməsi ilə Elif Şafak və onun "Bit Palas" romanı yenidən müzakirə mövzusu olub.

# 1356 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər