İlham Qəhrəman: "AYB məni məhkəməyə verib, 5000 manat istəyirlər"

İlham Qəhrəman:  "AYB məni məhkəməyə verib, 5000 manat istəyirlər"
10 aprel 2025
# 18:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki ddiası üzrə məhkəmə başlayıb.

Bu barədə Kulis.az İlham Qəhrəman özü məlumat verib. O bildirib ki, AYB-nin yazıçılara verilən mənzilləri haqqında yazdığı yazıya görə məhkəməyə verilib:

"Kulis-də gedən yazımdan beş fraqmentin AYB-ni və oradakı müvafiq şəxslərin şərəf və ləyaqətini alçaltdığını əsas gətiriblər. Məhkəmə məndən sübut gətirməyimi istəyib. Mənim də vəkilə verməyə pulum yoxdur. Məhkəmə iclası mayın 15-nə təyin olunub. Yazıçılar Birliyi tələb edir ki, 5000 manat təzminat alınıb Yaşat Fonduna ödənilsin. Siz o 5000 manatı iddiaçıdan alandan sonra istəyirsiniz çaya axıdın, istəyirsiniz özünüz xərcləyin. Mən də çıxışımda dedim ki, bu onlara ucuz şöhrət üçün lazımdır. Vəkilə görə müraciət etdim, dedilər ki, yaşadığın ərazinin vəkillər idarəsinə get".

Qeyd edək ki, gün Sabunçu rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib.

İddia məhkəmə baxışına verilib. Proses mayın 15-də davam etdiriləcək.

# 617 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü

Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü

12:28 18 aprel 2025
“Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

“Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

12:00 18 aprel 2025
Məşhur aparıcı ağır xəstəliyə yoluxub

Məşhur aparıcı ağır xəstəliyə yoluxub

11:30 18 aprel 2025
Məşhur rok ulduzu Türkiyədə konsert verəcək

Məşhur rok ulduzu Türkiyədə konsert verəcək

10:30 18 aprel 2025
Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

10:00 18 aprel 2025
İki böyrəkli alçaqlar - Əli Ucalın hekayəsi

İki böyrəkli alçaqlar - Əli Ucalın hekayəsi

10:00 18 aprel 2025
# # #