Onlara hansı vəzifələr vəd olunur? - Yazıçıları alçaldanların məqsədi

Onlara hansı vəzifələr vəd olunur? - Yazıçıları alçaldanların məqsədi
18 mart 2025
# 16:00

Kulis.az Arzu Əsədin yeni yazısını təqdim edir.

Yazıçılar Azərbaycan dilindən imtahan versinlər. Bundan daha absurd bir fikir səsləndirmək olarmı? Yazıçı bu imtahanı kimə verəcək? Bu imtahanın müqabilində yazıçıya hansı imtiyazlar, hansı vəzifələr vəd olunur?

Yazıçı hər saat, hər gün, hər cümləsini yazanda butün xalqın, bugünkü və gələcək nəsillərin qarşısında dil imtahanı vermirmi? Bütün dərsliklərdə "yazıçı" sözü dilin öyrənilməsi üçün bir nümunə olub.

Azərbaycan yazıçısını - Azərbaycan dilinin yaradıcısı, qoruyucusu və inkişaf etdiricisini bu qədər aşağılamaqla nəyə nail olunmaq istənilir? Bu nədir? Meyarların tamamilə gömülməsimi? Etalonların heçə sayılmasımı?

Bu axır çərşənbədə qulaqlarımız bu xəbəri də eşitməli idimi? Kim kimdən Azərbaycan dili imtahanı götürəcək? Gəlib bu məqama da çatdıq?

Postmodernizmin - dəyərlər sisteminin baş-ayaq olmasının belə absurd təzahürü hələ yəqin ki, heç bir ölkədə görünməyib.

Bir aqil bir zaman öz şagirdinə meyarların itdiyi, yağla şorun qiyməti eyni olan məmləkəti təcili şəkildə tərk etməyi tövsiyə etmişdi axı. Ona qulaq asmayan şagirdi bir gün şəhər mərkəzində boynu qısıq bir qəssabın yerinə, sadəcə, boynu ipə daha yaxşı gəldiyinə görə asılmışdı axı.

Mən niyə hələ bu məmləkətdəyəm? Mən nəyi gözləyirəm? Boynumun ipə nə vaxt gələcəyini?

# 3059 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər