Dünyanın 10 möhtəşəm festival və karnavalı

Dünyanın 10 möhtəşəm festival və karnavalı
27 iyun 2025
# 10:00

Kulis.az dünyanın müxtəlif mədəniyyətlərinə aid, özünəməxsus adət-ənənələri, dərin mənaları və uzunmüddətli tarixləri ilə seçilən 10 unikal festival və karnavalını təqdim edir.


Diwali

Hinduizm, caynizm və sikhizmdə qeyd olunan Diwali (İşıq festivalı) qaranlıq üzərində işığın qələbəsini simvolizə edir. Ev və küçələr rəngli işıqlarla bəzənir, ailələr bir-birinə şirniyyat hədiyyə edir.


La Tomatina

İspaniyada keçirilən “La Tomatina” ( Pomidor festivalı) festivalında minlərlə insan böyük pomidor döyüşünə qatılır. Hər il avqust ayında keçirilir və dünyanın ən rəngarəng, əyləncəli festivallarından biri hesab olunur.


Holi

Holi (Rəng festivalı) Hindistan və Nepalda baharın gəlişi və sevginin şərəfinə keçirilir. Holidə insanlar arasında rəngli tozlar atılır, rəqs edilir.


Mardi Gras

Mardi Gras ( Yağlı çərşənbə axşamı festivalı) festivalı əsasən ABŞ-da - Yeni Orleanda böyük şövqlə keçirilir və rəngarəng paradları, maskaları və musiqisi ilə məşhurdur. Festivalın kökləri Katolik ənənələrinə əsaslanır.


Songkran

Tailandda “Su festivalı” kimi də tanınan Songkran festivalı köhnə ili yuyub aparmaq üçün insanların bir-birinə su atdığı və mərhəmət göstərdiyi unikal bayramdır.


Braziliya karnavalı

Braziliya karnavalı dünyanın ən böyük karnavalı hesab edilir. Rio de Janeyronun küçələrində keçirilir, samba rəqsləri, rəngarəng kostyumlar və paradlarla zəngindir.


Oktoberfest

Oktoberfest festivalı dünyanın ən böyük pivə festivalı hesab olunur. Almaniyada Münhendə keçirilən bu festivalda minlərlə insan ənənəvi alman geyimləri ilə pivə, yemək və musiqidən zövq alır.


Yom Kippur

Yom Kippur festivalı yəhudi təqviminin ən müqəddəs günü hesab olunur. Təmizlənmə, dua və orucla keçirilir. İlahiyyat və insan vicdanı üzərində düşünmək üçün bir bayramdır.


İnti Raymi

Peruda keçirilən İnti Raymi (Günəş festivalı) ink mədəniyyətinə aiddir və günəşə hörmətini ifadə etmək, məhsuldarlığı artırmaq üçün keçirilir. Qədim adət-ənənələr hələ də qorunur.


Ölülər günü festivalı

“Ölülər günü" festivalı Meksikada keçirilir, həmin gün ailələr və dostlar bir araya gəlir, ölmüş əzizlərini yad etmək üçün rəngarəng maskalar və altarlar düzəldir, musiqi və rəqslə ruhları şərəfləndirir.

# 177 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pittin evi qarət olundu

Bred Pittin evi qarət olundu

13:31 27 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
Mustafa Sandala məhkəmədən pis xəbər

Mustafa Sandala məhkəmədən pis xəbər

11:43 27 iyun 2025
FHN: ""Azərbaycanfilm" kinostudiyasında partlayışla bağlı araşdırma aparılır"

FHN: ""Azərbaycanfilm" kinostudiyasında partlayışla bağlı araşdırma aparılır"

10:52 27 iyun 2025
Mədəniyyət Nazirliyi:  “Azərbaycanfilm” kinostudiyasının partlayış baş vermiş ərazisinə texniki ekspertlər cəlb olunub"

Mədəniyyət Nazirliyi: “Azərbaycanfilm” kinostudiyasının partlayış baş vermiş ərazisinə texniki ekspertlər cəlb olunub"

01:09 27 iyun 2025
Redaktorlar poeziyanı öldürür? - Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

Redaktorlar poeziyanı öldürür? - Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

16:00 26 iyun 2025
#
#
# # #