Mustafa Sandala məhkəmədən pis xəbər

Mustafa Sandala məhkəmədən pis xəbər
27 iyun 2025
# 11:43

Məşhur müğənni Mustafa Sandal Etilerdə ultra lüks kompleksdə kirayə qaldığı mənzilə görə ev sahibi ilə məhkəməlik olub.

Kulis.az xəbər verir ki, 65 min lirə kirayə haqqının az olduğunu iddia edən ev sahibi yeni kirayə üçün 170 min lirə tələb edib. Ekspertizanın rəyindən sonra məhkəmə aylıq kirayə haqqının 135 min lirə olacağına qərar verib.

Məşhur müğənni Mustafa Sandal İstanbulun məşhur məhəllələrindən biri olan Etilerdə kirayə qaldığı ultra lüks mənzilə görə məhkəməyə verilib. Ev sahibi İrem Argat, kirayə haqqının illərdir müqayisə oluna biləndən çox aşağı olduğunu iddia edərək məhkəməyə müraciət edib. Tərəflər arasında vasitəçilik nəticəsiz qaldığından iş məhkəməyə qədər gedib çıxıb.

2018-ci ildə Etilerdəki “Savoy Site”sindəki 3+1 mənzilini Mustafa Sandala kirayə verən İrem Argat, kirayə haqqının mövcud bazar şərtləri ilə müqayisədə olduqca aşağı olduğunu iddia edib. Məlumata görə, Argatın vəkilləri ərizələrində “Eyni keyfiyyətdə olan mənzillərin kirayə haqqı 200-220 min lirə arasında dəyişdiyi halda, müvəkkilimizin 65 min lirə ilə razılaşacağını gözləmək olmaz” deyib.

Ev sahibi kirayə haqqının ayda 170 min lirəyə qaldırılması tələbi ilə prosesə başladıqda və vasitəçilik yolu ilə razılığa gələ bilməyincə, İstanbul Sülh Məhkəməsi işə qarışıb.

Sandalın vəkilləri bu tələbin real olmadığını müdafiə edərək, işin rədd edilməsini istəyiblər. Məhkəmə kirayə haqqının yenidən qiymətləndirilməsi üçün mənzilin ekspertizasının keçirilməsinə qərar verib.

Mütəxəssislər tərəfindən hazırlanan hesabatda evin cari bazar dəyəri nəzərə alınmaqla kirayə haqqının 150 min lirə olması lazım olduğu bildirilib. Ancaq məhkəmə bu məbləğə 10 faiz səhm endirimi tətbiq edib və yeni kirayə haqqının ayda 135 min lirə olaraq təyin olunmasına qərar verib. Lent.az

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər