Maykl Ceksonun dünyaya mesajı

Maykl Ceksonun dünyaya mesajı
25 iyun 2025
# 17:00

Pop musiqisinin kralı, əfsanəvi Maykl Cekson təkcə gözəl səsi və səhnədəki yaddaqalan rəqsləri ilə deyil, dərin mənalı mesajlar verən çoxsaylı mahnıları ilə də unudulmazdır.


Kulis.az 25 iyun – dahi müğənninin anım günü münasibətilə onun bəşəriyyətə bəxş etdiyi misilsiz irsə daxil olan məşhur “Earth song” (Yer kürəsinin mahnısı) haqqında yazını təqdim edir.


Bu il 30 yaşı tamam olan "Earth Song" - 1995-ci ildə çıxan və ekoloji, sosial mövzulara toxunan mahnıdır. Mahnı insanlığın təbiətə vurduğu ziyanı, heyvanların və təbiətin çəkdiyi əzabı, həmçinin insan haqlarının pozulmasını ön plana çıxarır. Maykl Cekson burada insanları düşünməyə, dünyaya və ətraf mühitə hörmətlə yanaşmağa çağırır.


Mahnının sözlərində təbiətin məhvinə etiraz bildirilir və bunun nəticələrinin necə ağır olması vurğulanır. İnsanların nə üçün bu qədər dağıdıcı olduqlarına təəssüfqarışıq heyrət bildirilir ifadə edilir...


Hazırda dünyada müharibələrin, qanlı savaşların artdığı, bəşəriyyətin gələcəyinin sual altında olduğu bir vaxtda mahnının aktuallığı daha da artır. Duyğu ilə yüklü sosial narahatlıqla yanaşı, mahnı yalnız ekoloji yox, həm də insan haqları və sosial problemlərlə bağlıdır.


“Heç dayanıb düşündünmü bundan əvvəl nə qədər qanlar tökülüb?” (“Did you ever stop to notice all the blood we've shed before?”) deyə sual verir, müharibələrdən və zorakılıqdan söz açır...


Mahnının melodiyası və Ceksonun vokal ifası çox güclü, həyəcanlandırıcıdır. Müğənninin ümid, kədər dolu səsi mahnıda təbiət səsləri, orkestr musiqisi və ritmik elementlərlə birləşib son dərəcə təsirli fon yaradır.


"Earth Song" dünya miqyasında ekoloji musiqi nümunəsi kimi qəbul olunur. Maykl Cekson bu mahnı ilə insanları təbiətə qarşı olan münasibətlərini dəyişməyə çağırır və ekoloji hərəkatlara diqqəti cəlb edir.


"Earth Song" təkcə gözəl lirik mahnı olmaqla qalmır, həm də güclü sosial-ekoloji mesajdır. Bu mahnı hər kəsə təbiəti qorumağın vacibliyini və bir daha “Dünya bizim evimizdir” həqiqətini xatırladır.


Mahnının klipi də ən azı sözləri və musiqisi qədər möhtəşəmdir, ruhu silkələyən təsirli vizual hekayə kimi insanlığın təbiətə vurduğu zərəri və dağıntıları göstərir.

# 1436 dəfə oxunub

Oxşar xəbərlər

Leyla Əliyeva “Onlardan biri: Emil”  adlı anım tədbirində iştirak etdi

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak etdi

15:06 1 iyul 2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

14:14 1 iyul 2026
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

14:04 1 iyul 2026
"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

14:00 1 iyul 2026
Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

13:20 1 iyul 2026
İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

12:10 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər