Müəmmalı şəkildə ölən Qəndab Quliyeva

Müəmmalı şəkildə ölən Qəndab Quliyeva
26 iyun 2025
# 15:00

Bu gün məşhur muğam ifaçısı, Xalq artisti Qəndab Quliyevanın anım günüdür.

Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.

Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqustun 10-da Füzuli rayonunun Dilağarda kəndində anadan olub.

1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.

***

1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Leyli, Əsli, Şahsənəm, Gülbahar, Xanəndə qız kimi aparıcı rollar ifa edib.

Xanəndənin repertuarına muğamlar, dəstgahlar və təsniflər daxildir.
Onun ifasında “Xaric segah”, “Şahnaz”, “Mahur-hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamları AzTVnin Qızıl Fondunda saxlanılır.

***

“Xaric segah” muğamını heç kim onun kimi ifa edə bilməyib.

***

Qəndab Quliyevanın səhhətində problem olsa da, ölümü ailəsi və sənət camiəsi üçün gözlənilməz olub.
Oğlu Hafiz Həmidov xatırlayır:

“Onun ölümü müəmmalı oldu. Xəstəxanaya öz ayağı ilə getmişdi. Həkim dedi ki, üç-dörd günlük müalicə olunub çıxacaq. İki-üç gün xəstəxanada qaldı. Həkim dedi, heç bir problemi yoxdur. Mən də dedim, onda işə gedim, qayıdacam. İşə getdim, üstündən bir saat keçmişdi, həkim zəng vurdu ki, bir dərman var, təcili lazımdı, bizdə o dərmandan yoxdu, onu al, gəl. Dərmanı alıb gətirəndə gördüm, anam palatada yoxdu. Onu reanimasiyaya aparmışdılar. Baş həkim dedi, komaya düşüb, səbəbini həkimindən soruşun, mən deyə bilmərəm. Həkiminin yanına getdim, yerində olmadı, zəng vurdum, dedi, biz özümüz ona iynə vurub yatırtmışıq. Bir-iki gün orada qalacaq, çıxaracağıq. Sonra da həkim telefonlarını bağladı. Nəticəsi də belə... Anamın ölümü müəmmalı oldu.”

Tarzən Möhlət Müslümov deyir ki, bütün müəllimlər onun səsinə vurğun olub. Onu dinləmək üçün sinif otağına yığışarmışlar. Hamı deyirmiş ki, Qarabağdan yeni səs gəlib .

Gallery

Xəstəxanaya düşməzdən əvvəl çox kədərli mahnılar zümzümə edirmiş. Oğlu Hafiz deyir, elə bil ürəyinə dammışdı ki, bizimlə vidalaşacaq.
Qəndab xanım əvvəlcədən deyib ki, məni Binə qəbiristanlığında, - anamın yanında dəfn edin.

***

Gallery

Qəndab Quliyeva 2017-ci ilin əvvəllərində üç dəfə insult və infarkt keçirib.

O, 16 iyun 2017-ci ildə görə xəstəxanaya yerləşdirilib.

26 iyun 2017-ci ildə isə vəfat edib.

# 1642 dəfə oxunub

Oxşar xəbərlər

"Filankəsin uşağı 600 bal topladı..."  - Biz niyə ali təhsili “investisiya” kimi görürük?

"Filankəsin uşağı 600 bal topladı..." - Biz niyə ali təhsili “investisiya” kimi görürük?

10:00 3 aprel 2026
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

20:05 2 aprel 2026
Məşhur aktyorun vəfat səbəbi açıqlandı

Məşhur aktyorun vəfat səbəbi açıqlandı

18:42 2 aprel 2026
Məşhur reper qəzada öldü

Məşhur reper qəzada öldü

16:10 2 aprel 2026
Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

14:04 2 aprel 2026
Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

13:30 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər