Bu suala cavabı biz yox, Fəxri Xiyaban verir – SORĞU

Bu suala cavabı biz yox, Fəxri Xiyaban verir – SORĞU
24 yanvar 2025
# 15:00

Bəzi yazıçılar təkcə öləndən sonra tarixə çevrilmirlər, onlar həm də yaşadıqları müddətdə klassik olurlar. Müasir Azərbaycan ədəbiyyatında da canlı klassiklər yaşayır və yaradırlar. Bəs onlar kimlərdir?

Kulis.az mövzu ilə bağlı yazıçılar arasında keçirilən sorğunun cavablarını təqdim edir.

Həmid Herisçi:

“Bu sualın ən dəqiq son cavabını biz yox... mən yox... 1-ci Fəxri Xiyaban verir həmişə”.

Elçin Hüseynbəyli:

“Mən hardan bilim axı, kim klassik kimi qalacaq, kim qalmayacaq? Özü də ədəbiyyatın gələcəyi də qaranlıqdır. İndi çox şeyi süni intellekt müəyyən edir, getdikcə bu yeniliklər artacaq, cəmiyyət, düşüncə dəyişəcək. Ona görə də bir söz demək çətindir. Ad çəkmək istəmirəm, çünki gərək fikirləşəm, fikirləşmək üçün isə vaxtım yoxdur. Bircə onu deyə bilərəm ki, daim oxuduğum, stolüstü kitabım Cəlil Məmmədquluzadənin hekayələridir”.

Xanəmir Telmanoğlu:

“Mən çox yazıçımızın adını çəkə bilərəm. Fikrimcə, “yazıçı”, “əsl yazıçı” ibarələrinin haqqını ödəyən, öhdəsindən gələ bilən yazıçılarımız az deyil. Bu sual həm də "təhlükəli" sualdır.

Bu gün klassik sayılacaq müasir yazıçılarımızın olduğu qənaətindəyəm. Bizdə ad çəkmək problemli olduğundan "ad çəkməmə haqqım"dan istifadə edirəm”.

Rəşad Məcid:

Anar, Elçin, Ramiz Rövşən, Kamal Abdulla”.

Mübariz Örən:

“Əkrəm Əylisli”.

Mirmehdi Ağaoğlu:

“Səfər Alışarlı, Saday Budaqlı”.

Sevinc Elsevər:

“Klassik o yazıçıya demək olar ki, öz dövrünə həm də təsir edib, öz dövrünün parlaq nümayəndəsidir. Onun haqqındakı fikirlər sabitdir, dəyişməzdir. Bizim dövrün klassikləri irəlidə bilinəcək. Bizim dövrün parlaq imzaları var. Ad çəkməkdən qaçıram, çünki kiminsə adını unudub haqsızlıq etmiş olaram. Onlardan kim klassik sayılacaq gələcəkdə, kim yox, deyə bilmərəm. Bütün hallarda bu zamanın işidir”.

# 4250 dəfə oxunub

Oxşar xəbərlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Gülab - Qərib Mehdinin hekayəsi

Gülab - Qərib Mehdinin hekayəsi

15:00 21 yanvar 2026
Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti  - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

10:00 21 yanvar 2026
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

15:00 20 yanvar 2026
Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər