ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü

ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü
7 oktyabr 2024
# 16:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Yəqin bilirsiniz, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi gedir axı. “Yəqin bilirsiniz”i ona görə dedim ki, bu il sərginin reklamı, demək olar, aparılmamışdı. Mən özüm uşaqlardan öyrənmişdim ki, belə tədbir var. Deməsəydilər, bilməzdim.

Yeri də rahatdı. Uzağı Mərdəkan trasına çıxanacandı, aeroporta çatmamış kimdən soruşsan, göstərəcək.

Mən də vaxt tapdıqca iki-üç dəfə getdim.

Birinci dəfə gedəndə həftə içi idi. Əsasən məktəblərdən uşaqları gətirmişdilər. Eyni paltarlı uşaqlar dəstə-dəstə stendləri gəzirdilər, kitabları dağıdıb tökürdülər və heç nə almırdılar. İki sinfi müşahidə elədim, bir saata yaxın gəzdilər, heç biri heç nə almadı...

Nəsə, başqa şey deyirdim.

Mən biləni sərgi nəşriyyatların məhsulunu təqdim etməsi üçün təşkil edilir. Normal ölkələrdəki sərgilər necə keçirilir? Nəşriyyatlar stendlərində məhsullarını nümayiş etdirir, haqqında məlumat verir, oxucular baxıb seçir, əgər xoşuna gəlirsə, gedib mağazadan alır. Heç bir nəşriyyat özü kitab satmır! Bir də müəlliflərlə görüşlər, imza saatları keçirilir ki, həmin tədbirlərdə də kitabı nəşriyyatlar yox, kitab mağazaları satır. Mən biləni, normal sərgilər belə işləyir. Səhvim varsa, düzəldin.

Bizdəki sərgilər isə sırf satışa hesablanır. Əslində, buna sərgi demək olmaz, belə tədbirlərə yarmarka deyirlər. 10-cu Bakı Beynəlxalq Kitab Yarmarkası demək daha düz olar.

Sərgidə bazar estetikası hökm sürürdü. Malını satmağa çalışan naşirlər və qiymət öldürməyə çalışan alıcılar. Təxminən, belə bir şey.

Ümumiyyətlə, ANAİB (Azərbaycan nəşriyyatlar birliyi) yaranandan sonra ölkədə kitab bazarı çöküb.

Bilirdiniz bunu?

Çünki ANAİB kitab bazarını normallaşdırmaq, müəlliflərlə işləməyi nizama salmaq, müəllifin qonorar ala biləcəyi normal sistem yaratmaq, müəllifləri dünyaya çıxartmaq yerinə ildə üç-dörd dəfə sərgi-yarmarka keçirdib endirimli kitab satmaqla məşğul oldular. Bu da kitab bazarını çökdürdü.

Özümdən misal çəkim. Əvvəllər heç olmasa ayda bir dəfə mağazaya gedib bir-iki kitab alırdım. Tutaq ki, hərəsi on manatdan iki kitab. Sərgi məsələləri başlayandan sonra mən də hamı kimi gözləyirəm sərgi olsun, gedib o iyirmi manata iki kitab yox, endirimlə üç-dörd kitab alım. Bu səbəbdən kitab mağazaları çöküb. Ya xarici kitabların hesabına ayaqdadırlar, ya da ofis mallarının satışı ilə.

Sərgi, ümumiyyətlə, pis təşkil olunub. Məkandan tutmuş, təşkilatçılığa qədər uğursuzluq silsiləsidir. Nəşriyyatlar düzgün yerləşdirilməyib. Alatoran, Əjdaha kitab, Köhlən, Roller bird nəşriyyatlarını tapmaq üçün xeyli gəzməli oldum. O stendlər də elə yerdədir ki, ziyarətçilərin çoxusu heç ora gedib çıxmır.

Qanun nəşriyyatının girişində isə iki nəfər dayanmışdı. Çıxanlardan çekləri tələb edirdilər. Soruşdum, dedilər oğurluğun qabağını almaq üçün belə ediblər. Amma mən bunu şəxsən özümə qarşı hörmətsizlik hesab etdiyim üçün nə içəri girdim, nə də kitab aldım.

Müəlliflər üçün də yer ayırmayıblar. İmza saatı olan müəllif elə nəşriyyatın stendində bir küncə qısılıb imzalayır kitablarını. Əgər, alan olursa...

Heç bir nəşriyyatın kataloqu yoxdur. Stendlərə yaxınlaşanda ən əvvəl kataloq soruşdum, bir-bir kitablara baxmaqdansa, kataloqa nəzər salıb xoşuma gələni seçmək daha yaxşıdı, zənnimcə. Amma kataloq yox idi, heç birində yox idi. Mən hər dəfə kataloq soruşanda üzümə qərib-qərib baxırdılar. Hələ satıcılardan biri kataloqun nə olduğunu məndən soruşdu. Dedim, yeməli şeydi, belə turşməzə dadı var.

Xarici nəşriyyatlara baxdım, iki-üç ölkədən nümayəndələr gəlmişdi. Onlar da ölkələrinin balaca, ikinci-üçüncü dərəcəli nəşriyyatları...

Qısası, sərgidən pis təəssüratla çıxdım.

Təşəkilatçılara demək istəyirəm ki, əgər növbəti sərgiləri də belə urvatsız təşkil edəcəklərsə, heç eləməsinlər.

Özü də builki sərgi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilib. Füzuli bu sərgini görsəydi, yəqin, doqquz axça dərdini yadından çıxartıb bu sərgidən yazardı şikayətnaməsini.

# 2482 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #