Ayşə Kərimova: “Gülbən Ergenin verilişində şəkərbura bişirdim” - MÜSAHİBƏ

Ayşə Kərimova: “Gülbən Ergenin verilişində şəkərbura bişirdim” - MÜSAHİBƏ
17 may 2011
# 16:41
Ayşə Gönen (Kərimova) vaxtilə Azərbaycan teleməkanında müxtəlif telelayihələrin (“Çardaq”, “Açıq qapı”, “Qadın saatı”) müəllifi və aparıcısı olub. Ailə həyatı qurandan sonra televiziyadan uzaqlaşan A.Gönen hazırda Türkiyədə yaşayır. Beş ildən sonra o, tamamilə fərqli bir ampluada- türk yeməkləri haqda kitabın müəllifi kimi gündəmə gəlir.

- Ayşə, telejurnalistikadan aşpazlığa gəlməyin gözlənilməz oldu.

- Ailə qurandan sonra hər bir xanım kimi mətbəxə girmək məcburiyyətində qaldım. Əvvəl çox əziyyət çəkdim. Çünki istəsən də, istəməsən də süfrə açmalısan, nəsə hazırlamalısan. Məcburiyyət yavaş-yavaş marağa döndü. Maraq həvəsi artırdı, həvəs də ciddi hobbiyə çevrildi. Mətbəx dəryadır, girdinsə çıxa bilmirsən. Dəniz məhsulları, ət yeməkləri, tərəvəzlər başqa bir aləmdir. Telekanallarda türk mətbəxinin sirrlərini açıqlayan verilişləri izlədim. Qaynanamın, dostların mətbəxindən də çox şey öyrəndim.

Bəziləri deyir ki, səndən belə bir layihəni gözləməzdik. Qadın təbiətən mətbəxə bağlıdır. Amma mətbəxə girməyi özünə ar bilən xanımlarımız var. Özlərini mətbəxdən başqa hər yerdə görürlər.

- Dünyanın hər yerində belə qadınlar var.

- Mən təkcə Azərbaycanı nəzərdə tutmuram. Mətbəxi zövqlü məkana çevirmək qadının əlindədir. Mən mətbəxdən zövq alıram. Mətbəxə aid bütün əşyaların məndə olmasını istəyirəm ki, ondan istifadə edim. Mətbəxi sevsəniz, ondan zövq alarsız. Bu həm əyləncədir, həm də stress atırsan.

- Amma həyat yoldaşına sevgin olmsaydı, gözəl yeməklər bişirməzdin.

- Doğrudur. Amma ailə həyatı qurmazdan öncə mətbəxlə tanış olsaydım daha asan olardı. Bu o demək deyil ki, yemək bişirə bilmirdim. Hər halda qayğanağı bilirdim. Ac qalmırdım. İşləyirdim, oxuyurdum və mətbəxi ancaq qarın doyurma yeri kimi görürdüm. İndi isə mətbəx mənim üçün göz, damaq zövqü, mədəniyyətdir.

- Azərbaycan və türk mətbəxinin ortaq və fərqli cəhətləri var. Amma türk mətbəxi mənə daha zəngin gəlir.

- Bu Türkiyədə müxtəlif xalqların yaşaması ilə bağlıdır. Onların ortaq mətbəxi bu zənginliyi yaradır. Türk mətbəxi 3 hissəyə bölünür: ənənəvi, Osmanlı saray və modern mətbəx. Modern türk mətbəxi operativ hazırlanır və iş xanımları üçün əlverişlidir. 10 dəqiqə ərzində 3 çeşid yemək hazırlanır. Ənənəvi türk mətbəxi daha çox vaxt tələb edir. Osmanlı saray mətbəxi isə tamam başqa bir mədəniyyətdir. Bunun içində o zaman Osmanlı imperiyasının tərkibində olan bütün dövlətlərin yeməkləri var: ərəblərin, bolqarların, yunanların.

Bu elə bir mətbəx mədəniyyətidir ki, həm acı, həm şirin, həm duzlu, həm zeytunlu, həm də dəniz yeməkləri var. Bodrum, Antalya mətbəxində əsasən tərəvəz, zeytun yağlı yeməklər bişirilir. İç Anadolu - Ərzurum, Qars mətbəxi eynilə bizim mətbəxdir. Xəmir və ət yeməkləri üstünlük təşkil edir. Məsələn, qurut xəngəli. Bir gün qohumlarıma dedim ki, sizə qeyri-adi yemək bişirəcəm. Heç yeməmisiz. Dedilər, bu qurut xəngəlidir. Bolu süzməsindən hazırlanır. Ərzincan mətbəxində isə sürfüllü bişirirlər. Yəni yemək mədəniyyətimiz Anadolu ilə oxşardır. Fərq Bizansdan gəlmə zeytunlu yeməklərdə və ərəb mətbəxindədir.

- Bu gün Türkiyədə ən çox hansı mətbəx istifadə olunur?

- Modern. Amma eyni zamanda çox tənqid edilir. Türk mətbəxinin kökündə “təncərə”, yəni qazan yeməkləri dayanır. Bişirilməsi çox zaman alır. İnsanların isə artıq zamanı yoxdur. Gündəlik həyatın tempi sürətlidir. Mətbəxdə daha az vaxt sərf etmək istəyirlər, modern mətbəxin gətirdiyi rahatlıqdan istifadə edirlər. Bir yeməyin bişirilməsinə 1 saat deyil, 15 dəqiqə ayırlar. Bu isə bişirmə texnologiyasının dəyişməsidir. Xüsusi sobalarda istiyə davamlı paketlərin içinə yeməyi qoyurlar, o buxarda 15-20 dəqiqə bişir. Və ya Avropadan gələn soyuq qəlyanaltı çeşidləri, hazır yeməklər, hamburgerlər türk mətbəxində geniş istifadə olunur. Bu isə sağlamlığa ziyandır. Sağlam qidalanmanın birinci şərti təbii məhsul yeməkdir. Qızardılmış yeməkdən xərçəngi yayan amillərdən biridir. Son vaxtlar ənənəvi türk mətbəxi modern mətbəxi sıxışdırmağa başladı və sağlam qidalanmaya meylli yemək texnologiyaları meydana çıxdı.

- Kitabın Azərbaycanda çapı nədən qaynaqlandı?

- İnternetdə görüşdüyüm dostlar, tanışlar məndən hər dəfə bir yemək tərifi istəyirdlər. Hər gün internetdə 3-4 yemək tərifi yazırdım. Düşündüm ki, bunu istəyirlərsə, demək tələbat var. Tərifləri kitab halına gətirməyi qərara aldım. Kitabda ənənəvi türk mətbəxi ilə əsas yer tutur. İş qadınlarını nəzərə alaraq modern yeməklərdən də yazmışam. Həm də yeməklərin hansı bölgəyə aid olması ilə bağlı məlumat vermişəm. Indi Azərbaycan mətbəxi ilə bağlı araşdırma aparıram. Azərbaycan mətbəxini Türkiyəyə tanıtmaq projesini başlayacam.

- Azərbaycan mətbəxi Türkiyə üçün maraqlı ola bilərmi?

- Bu sualı dəfələrlə özümə vermişəm. Kitabı hazırlayanda ordakı nəşrlərdən biri dedi ki, Azərbaycan mətbəxi də maraqlıdır. Siz bu haqda düşünün. Süfrə açarkən bizim yeməklərdən də bişirirəm. Dostlarım deyirlər ki, Azərbaycan yeməklərinin dadı çox dəyişikdir.

- Məsələn, hansı yeməyin?

- Bizim plov. Turkiyədə plov qarnir kimi bişirilir. Tez hazırlanır. Amma bizim plovun hazırlanması uzun sürür. Plov bizdə süfrənin şahıdır. Azərbaycan mətbəxinə marağın son vaxtlar artması bəlkə də “Yahşı cazibə” serialı ilə bağlıdır. Burda serial çox tənqid olundu. Əslində müsbət, Azərbaycanı aktual edən, gündəmdə saxlayan serialdır. Mükafat da aldı.

- Gülbən Ərgənin verilişində də milli mətbəximizə müraciət etdin.

- Şəkərbura hazırladım. Bayaq dediyim kimi Azrəbaycan mətbəxinə maraq var. Özləri təklif etdilər ki, şəkərbura hazırlayım. Əvvəlcədən bizim mətbəxi araşdırmışdilar. Amma son dəfə şəkərburanı anamla hazırlamışam. Bişirdim və yaxşı alındı. Özüm də məəttəl qaldım.

- Kitabın bölgələrdə təqdimatını edəcəksən?

- Kitab Azərbaycanda hazırda çap prosesindədir. Bakida təqdimatını keçirəcəm. Düşündüm ki, rayonlara da gedib satış nöqtələrində tədqimat keçirim. Amma aldığım məlumat məni təəssüfləndirdı. Çünki rayonlarda təqdimat keçiriləcək yer yoxdur. Kitablar kitab maqazinlərində yox bazarlarda, əldə və qəzet köşklərində satılır. Təqdimat üçün uğurlu yer deyil. Ona görə də rayonlarda ancaq satışa çıxarılacaq.

- Daha hansı planların var? Televiziyaya yendən qayıtmağı düşünürsən?

- Belə niyyətim var. Azərbaycanda bir televiziya layihəsi hazirlayiriq. Prodakşn istehsali olacaq. İndi bu haqda danışmaq hələ tezdir. Amma cox iddalıyam.

Bundan əlavə sağlam qidalanmayla bagli sosial hərəkat başlatmaq istəyirəm. Bunun uzərində ciddi işləyirəm. Qısa zamanda bu layihəmi də sizlərlə paylaşacam.

Sevda Sultanova
# 2478 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #