Nil: Kimin klaviaturası varsa danışır - SÖHBƏT
12 may 2011
10:17
Bu yaxınlarda Kulis.az məşhur türk müğənnisi Nil Karaibrahimgilin Twitter-də yazdığı ən maraqlı tvitlərini dərc etmişdi. Nil bundan xəbər tutduqdan sonra özü həmin yazını Twitter-də paylaşmışdı. Nil türk müğənniləri arasında internetdən, sosial şəbəkələrdən ən çox istifadə edənlərdən biridir. Ən çox vaxtını isə Twitter-ə həsr edir. Fikirlərini şəbəkə dostları ilə paylaşır. Müğənninin “Digital age” jurnalına verdiyi bu müsahibəsində əsasən internet, sosial şəbəkələr haqda danışır.
- İnternetə bağlı olmaq sizin üçün nə qədər önəmlidir? Məsələn ən çox nə qədər internetdən, Twitter-dən uzaq qala bilərsiniz?
- Bu yaxınlarda cib telefonumu tez bağladım. Heç bir işim qaydasında getmədi. Artıq bunun sadəcə telefon olmadığı bir həqiqətdir. Gedib açdım. Bəzi qeydlər etməli, fotolar çəkməli, səslər yazmalı idim telefonda. Twitter-imi yeniləmədən dayana bilərəm. Amma hərdən mənə elə gəlir ki, orda çox yaxın dostlarım var. Onları sevirəm. Doğurdan, qəribə şeydir. Tanımırsan, adını bilmirsən, hətta çox vaxt profil şəkillərində üzlərini görmək mümkün olmur, amma ortada ünsiyyət var.
- Twitter –də yazdıqlarınızın 180 minə yaxın adam tərəfindən izlənilməsi, bəzən yazdıqlarınıza cavab verilməsi necə hissdir?
- Çox gözəl. Keçən il yayın axırlarında bir günlük Filadelfiyaya getməli oldum. Acmışdım və ilk gördüyüm kafeyə girməli oldum. Türkiyə ilə arada 7 saat fərq var. Twitter-dən “Filadelfiyada harda yaxşı yeməklər verirlər” deyə soruşdum. İki dəqiqə içində onlarla tövsiyyə gəldi. O qədər təəccübləndim ki! Əksəriyyət “cheese steak” adlı bir yeməyi tövsiyyə etmişdi. Gedib onu tapıb yedik. İndi bu dostluq, sevgi bəsləmək deyilsə, bəs nədir?
- Hər gün Twitter-ə nə qədər vaxt ayırırsınız?
- Təxminən 20 dəqiqə. Həftə sonları izlədiyim adamlara daha yaxşı baxa bilirəm.
- Twitter-də sizi izləyənlərlə real həyatda görüşdünüzmü heç?
- Hələ olmayıb. Amma ola bilər. Məni izləyənlərin sayı yüz minə çatanda onlara mahnı bəstələdim. Yeni ildə də ən yaxşı arzunu yazanın sözünü bəstələdim. Bəzən oyunlar da oynayırıq.
- Birini seçmək məcburiyyətində qalsaydınız “Hürriyyet”dəki köşənizi yoxsa Twitter-dəki hesabınızı seçərdiniz?
- Ayrı-ayrı şeylərdir. Twitter-də qısa yazmaq zəkanı zorlayır. Bu qısaltmalar mənim xoşuma gəlir.
- Həmişə baxdığınız bloqlar, bloqçular varmı? Varsa ən bəyəndikləriniz hansılardır?
- Bloqları izləmirəm. Tövsiyyələrə açığam.
- İnternetdə sizinlə bağlı nələrin danışıldığını, yaradıcılığınız haqda hansı söhbətlərin getdirini öyrənmək üçün adınız axtarışa verirsinizmi?
- Bunu çoxdandır eləmirəm. Həvəskar vaxtların “haqqımda nə düşünürlər” sindromudur o. Sonra keçir. Heç marağında olmursan. Kliplərim çıxanda Youtube-da izlənmə sayına baxıram, bu ayrı şeydir. İndi başqa şeylər önəm qazanıb. Bir söz var idi, deyirdilər ağzı olan danışır. İndi da klaviaturası olan danışır. Səni “layk” eləyirlər yoxsa eləmirlər? Bu qədər bəsitdir. “Paylaş” düyməsinə basılmağa layiq işlər görmək lazımdır.
- İnternetdən alver edirsiniz?
- Yox.
- Niyə?
- Bir şeyi görmədən almağa alışmamışam.
- İnternetdə ən bəyəndiyiniz, hər gün mütləq ziyarət elədiyiniz saytlar hansılardır?
- Elə bir sayt yoxdur. Həftə sonları xarici qəzetlərə baxıram. “Flipboard”a baxıram iPad-dən.
- Cib telefonunuz hansındandır?
- iPhone.
- iPad ya da başqa planşet kompüterlərdən istifadə edirsinizmi?
- iPadı çox sevirəm, alma şəkli olan bütün texnikaları sevirəm.
- Telefon, planşet, noutbuk, fotoaparat və buna bənzər cihazlar içərisində davamlı istifadə etdiyiniz və vaz keçə bilmədikləriniz hansılardır?
- Haqqını verməsəm də “Canon” fotoaparatım var. Cib telefonunun, iPad-ın yeri fərqlidir. Notbuku ancaq flash-kartda bir problem olanda açıram, artıq çox böyük görsənir notbuk mənə.
- Rəqəmsal cihazlar və internetlə bağlı problemləriniz olanda ətrafınızdan ya da mütəxəsislərdən kömək istəyirsinizmi? Yoxsa özünüz araşdırıb həll etməyi xoşlayırsız?
- Qardaşım ən böyük köməkçimdir. Nyu-Yorkda bir proqram şirkəti qurub. iPad üçün yazdığı ilk oyun may ayında çıxacaq. İnşallah uğurlu olar. O ailənin “İT-nişnik”idir. Evə “Apple TV” qurdu, yaxşı oldu.
- Kompüter oyunları oynuyursunuz?
- Oynamıram amma gənclərlə “Bubble Ball” deyə bir oyuna girişdim, oyunu bitirdim. Bitirənə qədər yata bilmədim. Əvvəllər Lemmings (kompüter oyunudur- E.H) manyakı idim.
- İnternet yasaqları, məsələn YouTube və Blogspot –un qadağan olnunması haqda nə düşünürsünüz?
- Bu azadlıqların əldən alınması deməkdir. Hər cür sensuzaraya qarşıyam. İnsanlardan bir şeyi gizlətsəniz, əksinə ona maraq daha da artacaq. Bir yerdə işlədiyim xaricilərin linklərinə cavab verəndə “Youtube ölkəmizdə qadağandır, başqa saytdan göndərin lütfən” demək bizim çağımıza yaraşan bir şey deyildi.
Hazırladı: Elmin Həsənli

1420 dəfə oxunub
Oxşar xəbərlər
İranda hicabsız konsert verən müğənni saxlanıldı
14:10
14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb
13:23
14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar
12:00
14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib
11:24
14 dekabr 2024
Məşhur aktyor vəfat etdi
18:40
13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman
17:00
13 dekabr 2024