“İgidlərin sözü” layihəsinin ikinci antologiyası təqdim olundu

“İgidlərin sözü”  layihəsinin ikinci antologiyası təqdim olundu
24 noyabr 2025
# 11:12

Muzey Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən müharibədən sonrakı “İgidlərin sözü” adlı məşhur layihənin ikinci antologiyasının təntənəli təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, birinci antologiya da Mədəniyyət Nazirliyinin dəstəyi ilə beş il əvvəl - Vətən müharibəsində Qələbədən dərhal sonra, Azərbaycanın 44 gün ərzində erməni işğalçılarını məğlub edərək Qarabağın işğalına son qoymasının ardından nəşr olunub.

Tanınmış şair və ictimai xadim Nigar Həsənzadə tərəfindən əsası qoyulan “İgidlərin sözü” layihəsi postmüharibə dövründə ölkənin mədəni həyatında hadisə olmaqla yanaşı, həm də istedadlı qaziləri - şairləri, musiqiçiləri və vokalçıları bir araya gətirən əhəmiyyətli bir reabilitasiya və sosial layihəyə çevrilib.

“Layihənin mövcud olduğu beş il ərzində iştirakçı şairlər ölkənin ən nüfuzlu məkanlarında çıxış ediblər, bu heyrətamiz gəncləri dinləmək və onlarla görüşmək şansı qazanan hər kəsin böyük marağına səbəb olublar. Onların böyük uğur qazanan şeirləri antologiyalara daxil edilib. Qazi-şairlər televiziya və radioda çıxış etmək üçün dəvətlər almağa başlayıb və bir çoxu sosial mediada tanınıb. Onların arasında müxtəlif ədəbi festivalların, müsabiqələrin, marafonların iştirakçıları və Prezident təqaüdçüləri var. 2022-ci ildə bu layihə Şuşada məşhur Molla Pənah Vaqif Poeziya Günləri festivalının açılışını edib və həm ölkə daxilində, həm də xaricdəki həmvətənlərimiz arasında böyük əks-səda doğurub”, - deyə o qeyd edib.

Proqramın rəsmi hissəsində Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, şair və layihənin direktoru Nigar Həsənzadə, Birinci Qarabağ müharibəsi veteranları - polkovnik-leytenant Elmar Hüseynov və polkovnik-leytenant Elxan Məmmədov, habelə Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxış ediblər.

Gecədə, həmçinin İkinci Qarabağ müharibəsi qəhrəmanı Denis Quzlayev və Birinci Qarabağ müharibəsi zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova da iştirak ediblər.

İkinci antologiyanın təqdimatında şairlər və musiqiçilər — Qarabağ müharibəsi qaziləri Eyvaz Eyyub, Miri Abdullayev, Cavid Qasımov, Kərəm Aydın, Məbud Əhmədov, Fərid Atazadə, İdris Hüseynov, Elşən Bənnayev, eləcə də layihənin ən gənc iştirakçısı, səkkizinci “Muğam” Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizlinin çıxışlarından ibarət bədii-musiqili proqram da təqdim olunub.

# 1093 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər