“İnternetə girən linzalar, ulduzlara səyahət, xərçəngə qələbə...”

“İnternetə girən linzalar, ulduzlara səyahət, xərçəngə qələbə...”
29 aprel 2011
# 08:00
2100- cü ilə kimi yer planetində hansı dəyişikliklər gözlənilir?

- “The Times” qəzetinin yazdığına görə Nyu Yorkun City universitetinin nəzəri fizika üzrə professoru Miçio Kaku 2030-cu ilə kimi bir neçə vacib yeniliyin olacağını qeyd edib.

- Həmin müddətə kimi insan orqanizminin müxtəlif hissələrinin sərbəst satışda olacağı güman edilir. Artıq bu gün elmin uğurları sümük, qulaq, burun, dəri, qığırdaq, ürək qapaqları və s.insan orqanlarını yaratmaq imkanını əldə edib.

- 2030-cu ildə internetlə birbaşa təmas yaradan, ona daxil ola bilən kontakt linzalar meydana gələcək. Belə bir qurğunun prototipi üzərində hazırda Vaşinqton Universitetinin professoru Babək Pərviz işləyir. Kakunun sözlərinə görə, təsvir “gözlərin qabağında” yarımşəffaf, görməyə mane olmayan işıq diodlarının köməyi ilə formalaşacaq. Qurğu eyni zamanda xarici dillərdən avtomatik tərcüməni həyata keçirəcək.

- Belə bir ehtimal var ki, 2070-ci ilə kimi ölən canlıların həyata qaytarılması mümkün olacaq. Mütəxəssislər bir canlının ölümündən 25 il sonra onun qalıqlarından götürdükləri DNK nümunələrinə əsasən heyvanı klonlaşdıra biliblər. Hazırda neandertal genlərinin şifrəsi açılıb, elmi mühitdə bu növün yenidən bərpasının perspektivləri haqda söhbətlər aparılır. Advanced Cell Technology korporosiyasının əməkdaşı Robert Linza deyir: “Düşünürəm ki, bu o halda mümkün ola bilər ki, bizdə genetik manipulyasiya üçün vasitələr olsun. Nəzəri baximdan bu cür vasitələr gec-tez meydana gələcək. Amma əsas məsələ başqadır: bunu etmək lazımdırmı?”

- 2070-ci ildə insanın qocalmasını ləngidən texnologiyalar yaranacaq. Heyvan və həşəratlar üzərindəki eksperimentlər göstərir ki, ömrün uzanmasını kalorinin 30 faizə qədər məhdudlaşması ilə təmin etmək olar.

- 2100-ci ildə alimlərin “proqramlaşdırılmış materiya” arzusu gerçəkləşə bilər, bu vasitəylə “Terminator-2” filmində olduğu kimi predmetlərin ümumi görüntüsünü dəyişmək imkanı yaranacaq. Artıq bunun üçün xüsusi mikroçiplər yaradılıb.

- Alimlər ümid edir ki, XXII əsrin əvvəlində ulduzlara səyahət edən kosmik gəmi yaranacaq. İxtira edildiyi ilk vaxtlarda gəmilərin kiçik, amma sürətli olması ehtimal edilir.

- Həmin vaxt insanlıq xərçəngə də qalib gələ bilər. Bu diaqnostikada kəşflərin gözlənilməsi ilə bağlıdır. Əgər kəşf baş versə, xərçəng erkən mərhələdə aşkar olunacaq.

- Massaçuset Texnologiyalar institutunun eksperti Rodni Bruks 2100 –ci ildə robotlarla insanların birləşməsini güman edir: "50 ildən sonra biz genetik modifikasiyanın köməkliyi ilə insan bədəninə radikal dəyişikliklərin gətirilməsinin şahidi ola bilərik. Biz daha Darvinin təkamül nəzəriyyəsi ilə məhdudlaşmayacğıq. 2100- cü ilə kimi gündəlik həyatımıza ağıllı robotlar daxil olacaq. Özümüz də güman ki, qismən robot çevriləcəyik və onlarla sıx bağlı olacağıq”.

- Təxminən həmin vaxt kosmik liftin yaradlması ilə bağlı kosmik turizmə yol açılacaq. Güman edilir ki, bu səyahətdən orta statistik insanlar da istifadə edə biləcək.


Rəna Nevzat
# 2449 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər