#

“Ələddinin sehrli çırağı” növbəti dəfə səhnədə

“Ələddinin sehrli çırağı”  növbəti dəfə səhnədə
27 sentyabr 2024
# 15:49

Sentyabrın 28-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Ələddinin sehrli çırağı” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə əsərində rolları Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov və Elnur Xəlilov canlandıracaqlar.

Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən sözügedən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.

Əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə nağılın sonunda qələbə qazanır.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #