Yazıçımızın romanı “Yasnaya polyana” mükafatına təqdim olunub

Yazıçımızın romanı “Yasnaya polyana” mükafatına təqdim olunub
6 iyul 2021
# 13:15

Azərbaycanlı yazıçı Elçin Əsədovun “S Boqam na tı” ("Allaha səninlə") romanı Rusiyanın nüfuzlu mükafatlarına təqdim olunub.

Yazıçının Kulis.aza bildirdiyinə görə, bunlar “Yasnaya polyana” və “Sozidayuşiy mir” mükafatlarıdır. Payıza doğru roman daha iki mükafata təqdim olunacaq.

Xatırladaq ki, “S Boqam na tı” romanı Sankt-Peterburqda yerləşən “Супер-Издательство» nəşriyyatında çap olunub. Müəllifin məqsədi Azərbaycanın adət-ənənələrini, folklorunu, mədəniyyətini, dini və fəlsəfə düşüncəsini rusdilli auditoriyaya çıxarmaqdır.

Kitabı həm Rusiya, həm də Azərbaycanda böyük kitab mağazalarından əldə etmək olar.

Romanın elektron versiyası da internetə yerləşdirilib.

No description available.

# 1614 dəfə oxunub

Müəllifin son yazıları

# # #