Şanlıurfadakı “Qarahantəpə”də aparılan 2026-cı il qazıntı mövsümündə təxminən 11 min illik tarixə malik, bənzəri olmayan kompozit heykəl aşkarlanıb.
Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Gələcəyə iras" layihəsi çərçivəsində araşdırılan 70 santimetr hündürlüyündəki bu nadir tapıntı bəbirin kürəyində əyləşmiş insan fiqurunu təsvir edir.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, döşəməsi hamar daşlarla örtülmüş 3 metr diametrli tikilinin divarı boyu uzanan səkidə aşkar edilən bu heykəl daha əvvəl rast gəlinməyən xüsusi üsluba malikdir.
Heykəlin insan və heyvan münasibətləri, eləcə də ilkin Neolit dövrünün simvolik təfəkkür tərzi ilə bağlı elm dünyasında böyük əks-səda doğuracağı gözlənilir.
Qeyd edək ki, "Daş təpələr" proqramı çərçivəsində 2019-cu ildən bəri araşdırılan Qarahantəpə erkən məskunlaşma dövrü incəsənəti və yaşayışı haqqında unikal faktlar təqdim etməyə davam edir.
Türkiyədə 11 min illik heykəl tapıldı
Oxşar xəbərlər
Azərbaycanda Bilik Günü qeyd olunur
09:50
15 sentyabr 2026
Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar
09:40
15 sentyabr 2026
Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb
09:25
15 sentyabr 2026
Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı
09:15
15 sentyabr 2026
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi
17:45
14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası
17:30
14 sentyabr 2026