"Sevginin coşqun mehrabı olan evim..." - Puerto-Rikolu ilk qadın şairdən şeir

"Sevginin coşqun mehrabı olan evim..." - Puerto-Rikolu ilk qadın şairdən şeir
14 sentyabr 2026
# 16:20

Bu gün Puerto - Rikolu ilk qadın şair Lola Rodrigez de Tionun doğum günüdür.

Kulis.az onun "Saatlar" şeirini Aydan Ağayevanın sətri tərcüməsində təqdim edir.

Nə qədər də nəşəlidir saatlar!

Göylərdə dolaşan göyərçin sürüləri tək...

Sübhün incə pərdəsini parçalayaraq,

Əlvan işığı daha da parlaq edirlər.

Beləcə, onlar gömgöy atmosferi keçirlər,

Gurultulu səslə, lakin dinc uçuşla,

Aşiq olan xoşbəxt ilham pərimə

Xülya və yeni bir həsrət gətirirlər...

Mən onların ötüb keçdiyini hiss edirəm,

Fantaziyalarımı şirin-şirin yuyan

Son dərəcə saf ay şüaları kimi...

Tək bunu arzulayıram ki, sonuncu saatım

sevginin coşqun bir mehrabı olan evimə

çox gec gəlsin...

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər