"Qızıl Qlobus" mükafatlarını təqdim etməkdən imtina etdi

"Qızıl Qlobus" mükafatlarını təqdim etməkdən imtina etdi
12 dekabr 2023
# 18:10

Bu il 81-ci dəfə təqdim olunacaq "Qızıl Qlobus" mükafatının namizədləri açıqlanıb.

Kulis.az xəbər verir ki, yanvarın 7-də keçiriləcək mükafatlandırma mərasiminə kimin aparıcılıq edəcəyi hələlik açıqlanmayıb.

CNN-in məlumatına görə, amerikalı aktyor Kris Roka bu il mərasinə aparıcılıq etmək təklif edilib, lakin o, bu təklifi rədd edib.

Qeyd edək ki, 2022-ci il Oskar mərasimində aktyor Uill Smitin səhnəyə çıxaraq Kris Roka şillə vurması böyük səs-küyə səbəb olmuşdu.

Bundan başqa "Smartless" serialının ulduzları Uill Arnet, Şon Hayes və Ceyson Beytmana mükafatlandırma mərasiminə birlikdə aparıcılıq etmək təklif edilib. Aktyorlar bu barədə hələ qərar verməyiblər.

Oskar silləsindən sonra Kris Rok Qızıl Qlobus Mükafatlarını təqdim etməkdən imtina etdi - 1

# 649 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #