Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poeması Özbəkistanda özbək türkcəsinə uyğunlaşdırılıb.
Kulis.az xəbər verir ki, əsərin özbək türkcəsinə uyğunlaşdırılması şair-tərcüməçi, Fəxrəddin Hayit tərəfindən həyata keçirilib. “Heydərbabaya salam” əsəri Özbəkistanın “Hürriyyət” qəzetində çap olunub.
Poemanın Özbəkistanın mətbuat orqanlarında çap olunması Azərbaycan ədəbiyyatının Özbəkistanda tanıdılması və təbliği, eyni zamanda Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir.
Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması Azərbaycan poeziyasının klassik nümunələrindən biri olmaqla, türk dünyasının müxtəlif ədəbi mühitlərində geniş tanınır.
Əsərin özbək dilində oxuculara təqdim edilməsi Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan ortaq ədəbi-mədəni dəyərlərin qarşılıqlı şəkildə təbliğinə və ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Poemanın “Hürriyyət” qəzetində çap olunması Azərbaycan ədəbiyyatının Özbəkistanda təbliği və görkəmli Azərbaycan şairlərinin yaradıcılığının özbək oxucularına çatdırılması istiqamətində atılmış mühüm addımlardan biridir.