"Həyat həmişə ölümcül olur..." - "Zenonun ağlı"ndan deyimlər

"Həyat həmişə ölümcül olur..." - "Zenonun ağlı"ndan  deyimlər
13 sentyabr 2026
# 11:30

Bu gün italyan ədib və teatrşünas İtalo Svevonun anım günüdür.

Kulis.az onun məşhur "Zenonun ağlı" əsərindən müəyyən hissələri təqdim edir.

Gözlərinizi həddindən artıq çox açanda əşyaları daha bulanıq görürsünüz.

***

Qadınları yanlış anlamaq kişi ləyaqətinin azlığından xəbər verir. Qadınlar belədir. Doğulan hər yeni gün onlara keçmişlə bağlı yeni bir yozum gətirir. Deyəsən, onların həyatı heç də darıxdırıcı olmur.

***

Həqiqi azadlıq – xoşuna gələn bir işi görə bilməklə yanaşı, həm də az xoşuna gələn başqa bir işi də yerinə yetirməkdən ibarətdir.

***

Digər xəstəliklərdən fərqli olaraq, həyat həmişə ölümcül olur. O, heç bir müalicəni qəbul etmir. Bu, bədənimizdəki dəlikləri yara zənn edib onları tıxamağa bənzərdi. Əgər müalicə olunsaydıq, elə o dəqiqə boğulub ölərdik. Kədər və sevgi – başqa sözlə desək, həyat – ağrı verir deyə xəstəlik hesab oluna bilməz.

***

Bəlkə də silahların törətdiyi görünməmiş bir fəlakət sayəsində sağlamlığımıza qayıdacağıq. Zəhərli qazlar artıq kifayət etməyəndə, bu dünyanın gizli otaqlarının birində hamı kimi adi bir adam elə bir müqayisəedilməz partlayıcı maddə kəşf edəcək ki, mövcud partlayıcılar onun yanında zərərsiz oyuncaq kimi qalacaq. Yenə hamı kimi adi, lakin digərlərindən bir qədər daha xəstə olan başqa bir adam isə həmin partlayıcını oğurlayıb yerin mərkəzinə dırmaşacaq və onu təsirinin maksimum olacağı nöqtəyə yerləşdirəcək. Elə nəhəng bir partlayış olacaq ki, heç kəs bunu eşitməyəcək və dumanlıq formasına qayıtmış yer kürəsi parazitlərdən və xəstəliklərdən azad şəkildə səmasında dolaşacaq.

***

İndi burada oturub özümü təhlil edərkən ürəyimə bir şübhə düşür: bəlkə də mən siqareti ona görə bu qədər çox sevmişəm ki, bacarıqsızlığımın günahını onun üzərinə yıxa bilim?

***

Təbliğ olunan əxlaqsızlıq əxlaqsız hərəkətdən daha sərt cəzalandırılmalıdır. Qətlə sevgidən və ya nifrətdən yola çıxaraq əl atırsan, ancaq qətli təbliğ etmək yalnız bədxahlıqdan irəli gəlir.

***

Şərabın yaratdığı xülyalar həqiqi hadisələrdir.

***

Nə vaxt kəşf edəcəksiniz ki, həyatınızı – hətta sizə ikrah doğuran böyük bir hissəsini belə əzbərləmək yaxşı fikirdir?

***

Şərab böyük təhlükədir, xüsusən də həqiqəti üzə çıxarmadığı üçün. Əksinə, həqiqətin əlaməti belə yoxdur: o, fərdin indiki iradəsini deyil, xüsusilə keçmiş və unudulmuş tarixçəsini üzə çıxarır; daha yaxın və ya uzaq keçmişdə əyləndiyi və artıq unutduğu bütün o xırda ideyaları da şıltaqcasına işığa çıxarır; pozulmuş yerlərə məhəl qoymadan qəlbimizdə hələ də hiss olunan hər şeyi oxuyur. Məlumdur ki, məsələn, veksel üzərindəki səhv qeydi silmək kimi heç nəyi ürəyimizdən o cür köklü şəkildə silmək mümkün deyil. Bütün tariximiz orada həmişə oxunabilən vəziyyətdə qalır və şərab həyatın sonradan ora əlavə etdiklərinə məhəl qoymadan bunu qışqırır.

***

Həyat nə pisdir, nə də gözəl, o, sadəcə olaraq orijinaldır!

# 729 dəfə oxunub

Oxşar xəbərlər

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

14:00 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər