“Xocalı: Şahidlər danışır” kitabı daha bir dildə nəşr olunub

“Xocalı: Şahidlər danışır” kitabı daha bir dildə nəşr olunub
23 fevral 2024
# 12:23

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində “Xocalı: Şahidlər danışır” kitabı urdu dilində nəşr edilib.

Kulis.az xəbər verir ki, bu barədə kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı anlatmalıyıq. Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir.

“Xocalı: Şahidlər danışır” kitabı 11 dilə (Azərbaycan, rus, ingilis, türk alman, ispan, italyan, fransız ərəb, fin, holland dillərində) tərcümə olunaraq çap edilib. Kitabda Xocalıda o qanlı gecənin şahidlərinin xatirələri yer alıb.

Kitabın “Ön söz”ünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist Azadə Novruzovadır.

Qeyd edək ki, kitabı urdu dilinə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Amalya Paşayeva tərcümə edib.

# 836 dəfə oxunub

Müəllifin son yazıları

# # #