“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq
9 yanvar 2026
# 12:10

Ötən ilin avqustunda “İzzət Kino mükafatı”nın təsis edilməsi barədə xəbər verilmişdi

“İzzət Kino Mükafatı”nın mükafatlandırma mərasiminın qalibləri ən yaxın zamanda elan olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqından Kulis.az-a verilən məlumata görə, artıq mükafatın rəsmi dizaynı hazırdır.

Belə ki, rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Poster Azərbaycan qadınının həm üsyanını, həm də milli kimliyini kəlağayı, milli geyimin detalları, açıq saçları və s. ilə özündə cəmləşdirir. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təmsil edir.

Mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə Azad Mirzəcənzadə İnkişaf Proqramının 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir. Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda, mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir. Münsiflərin adları və kateqoriyalar barədə elan veriləcək.

# 128 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər