Xavier Bardem təltif olunacaq

Xavier Bardem

Xavier Bardem

12 may 2023
# 16:00

Məşhur ispan aktyoru Xavier Bardem 22-30 sentyabr tarixlərində keçiriləcək 71-ci San Sebastian Film Festivalında nüfuzlu Donostia Mükafatı ilə təltif olunacaq.

Kulis.az xəbər verir ki, aktyor karyera uğuru mükafatını 22 sentyabr cümə günü Kursaal sarayında alacaq.

Bardem 70-dən çox filmlə İspaniyanın ən tanınmış aktyorlarındandır. O, Koen qardaşlarının “Qocalara yer yoxdur” filmindəki perfomansına görə Oskar, Qızıl qlobus və BAFTA mükafatlarını qazanıb. Aktyor sonuncu dəfə 2021-ci ildə San Sebastianda Fernando León de Aranoanın "The Good Boss" komediyasındakı rolu sayəsində iştırak imkanı qazanıb.

# 727 dəfə oxunub

Müəllifin son yazıları

# # #